Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:59 | 30 may 2025 | Cümə
Məqaləyə 213 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus Rusiya ilə bağlı yeni iddia ilə çıxış edib. Petreus iddia edib ki, Moskva administrasiyası Ukrayna müharibəsində uğur qazanarsa, Avropadakı bir NATO ölkəsini, çox güman ki, NATO üzvü olan Baltikyanı Litvanı işğal edəcək.
“Daily Mail” qəzetinin yazdığına görə, Petreus Rusiyanın Litvaya Qərbin qətiyyətini sınamaq və ya daha geniş hücumun xəbərçisi kimi hücum edə biləcəyini iddia edib.
***
Petreus, həmçinin Rusiya prezidenti Vladimir Putinə “ikinci şans” verdiyini iddia etdiyi ABŞ prezidenti Donald Trampı da tənqid edib. Keçmiş MKİ rəhbəri Trampın sələfi Co Baydeni də Ukrayna qüvvələrini lazımi səviyyədə silahlandıra bilmədiyi üçün hədəfə alıb.
İngiltərənin paytaxtı Londondakı “Policy Exchange” beyin mərkəzində açıqlamalar verən Petreus, ABŞ prezidentinin iki həftə ərzində “fərqli bir yanaşma tətbiq ediləcəyi ilə hədələdiyini” xatırladaraq, “Bu dəfə nə olacağını görəcəyik”, – deyib. Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri “F-16” qırıcılarının Ukraynaya verilməsini də müdafiə edib.
***
Ukraynalılarla “daha çox iş görülməli” olduğunu və bu yolla onların döyüş meydanındakı dinamikanı dəyişə biləcəklərini deyən Petreus qeyd edib ki, Ukrayna bununla “Moskvaya döyüş meydanında məqbul qiymətə əlavə qazanc əldə edə bilməyəcəyini göstərəcək”.
Putinin məqsədinin Ukrayna prezidenti Vladimir Zelenskini devirmək və onun yerinə “kukla lider” təyin etmək və bütün Ukraynaya nəzarəti ələ keçirmək olduğunu iddia edən keçmiş MKİ rəhbəri, “Belə olanda görəcəksiniz ki, Baltikyanı ölkələrdən birinə diqqət yetirəcəklər”, – deyib.
Putinin çıxışlarında Litvanın tez-tez gündəmə gəldiyini ifadə edən Petreus, “Onu daha çox dinləməliydik”, – deyib. Keçmiş kəşfiyyat rəhbəri Rusiyanın müharibədə itkilərinin “təsəvvür edilməz” olduğunu iddia edib.