
Həftədə 48 saatlıq iş
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
700 işçinin gələcəyi hələ də qeyri-müəyyəndir
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Baş nazir Merz və nazirlərin mobil nömrələri internetdə yayıldı
Ekspertlər siyasəti günahlandırır
Sentyabrın 11-də ölkə boyu həyəcan siqnalı sınaqdan keçiriləcək
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
Almaniya hökuməti yeni qaydaları təsdiqlədi
Almaniya dəmiryolu vağzalları Avropanın ən pisləri seçildi
Avropada sığınacaq müraciətləri azaldı
Məhkəmə sərt reaksiya göstərdi
Federal Müdafiə Nazirliyinin məlumatına görə, yeni hərbi xidmətin 2026-cı ildə mümkün qədər tez başlaya bilməsi üçün qanun mümkün qədər tez, yanvar ayınacan qüvvəyə minməlidir.
Federal müdafiə naziri Boris Pistorius 2029-cu ilin sonuna qədər orduya təxminən 114 min nəfəri cəlb etmək istəyir. “Der Spiegel”də dərc olunan xəbərə görə, Pistorius Bundestaqda CDU/CSU və SPD millət vəkillərinə yeni hərbi xidmət planları ilə bağlı verdiyi brifinqdə bu məqsədi qeyd edib. Xəbərə görə, Pistorius ilkin olaraq könüllü hərbi xidmətlə bağlı qanun layihəsini avqustun sonuna qədər federal kabinetə təqdim etmək istəyir.
Federal Müdafiə Nazirliyinin məlumatına görə, yeni hərbi xidmətin 2026-cı ildə mümkün qədər tez başlaya bilməsi üçün qanun mümkün olduğu təqdirdə yanvar ayına kimi qüvvəyə minməlidir. “Der Spiegel”in məlumatına görə, məcburi hərbi xidmətə qayıtmaq yalnız şərtlərlə mümkün olacaq.
Məlumata görə, Pistorius Bundesverin şəxsi heyətinə olan tələbatının ödənilmədiyi və ya təhlükəsizlik vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdiyi təqdirdə Nazirlər Kabinetinə məcburi hərbi xidmətə qayıtmağı təklif edə bilər. Nazirlər Kabinetinin səsverməsindən sonra Bundestaq sadə səs çoxluğu ilə məcburi hərbi xidmətin bərpası barədə qərar qəbul edə bilər.
Həftə sonu SPD partiyasının konfransı könüllü hərbi xidmətə çağırışını təzələdi. Sosial Demokratlar “könüllü hərbi xidmətin artırılması üçün bütün tədbirlər tükənməzdən əvvəl hərbi xidmətə çağırış üçün aktiv qanuni varianta” qarşı çıxdılar.
Pistoriusun hərbi xidmətlə bağlı yeni planları ilkin olaraq bütün gənc kişi və qadınlara sorğu vərəqəsinin göndərilməsini nəzərdə tutur. Kişilər anketi doldurmalıdırlar, qadınlar isə könüllü olaraq dolduracaqlar. Daha sonra uyğun namizədlər orduya dəvət olunacaqlar.