Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
09:36 | 4 avqust 2025 | Bazar ertəsi
Məqaləyə 148 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Rusiya Ukraynaya qarşı hücumlarda istifadə etmək üçün “UMPB-5” (Unifitsirovannaya Mejvidovaya Planirovaya Bomba) adlı yeni idarəolunan sürüşən bombanı işə salıb. Bu addım Moskvanın hava hücum qabiliyyətlərini artırmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.
Vaxt.az xəbər verir ki, Ukraynalı rəsmilər bildiriblər ki, Rusiyanın yeni “UMPB-5” idarəolunan hava bombaları son iki ay ərzində “Su-34” qırıcıları tərəfindən Ukraynanın iki fərqli bölgəsinə atılıb.
ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən “Demokrasiyaların Müdafiəsi Fondu” (Foundation for Defense of Democracies – FDD) tərəfindən “Newsweek” nəşrinə təqdim edilən analizə görə, bu bomba Rusiyanın aşağı maliyyətli və uzaqmənzilli idarəolunan silah sistemləri yaratmaq istiqamətində atdığı yeni addımlardandır.
Müharibədən əvvəl nadir hallarda istehsal edilirdi
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumundan əvvəl Moskva bu tip idarəolunan sürüşən bombalara nə qədər ehtiyac olacağını düzgün qiymətləndirməmişdi. Müharibədən əvvəl bu bombalar nisbətən baha başa gəldiyi üçün çox az hallarda istifadə olunurdu.
İşğalın ilk mərhələsində Ukrayna hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaqda uğursuz olan Rusiya, sonrakı mərhələdə uzun məsafədən buraxıla bilən və daha ucuz bombalar hazırlamağa yönəldi. Bu da hava qüvvələrinin döyüşdə daha aktiv iştirakını təmin etdi.
Ukrayna şəhərləri bir neçə dəfə hədəfə alındı
Ukraynalı rəsmilərin sözlərinə görə, “UMPB-5” ilk dəfə Sumı bölgəsində, daha sonra isə Xarkov şəhərinə edilən hava hücumlarında istifadə olunub. Həmin hücumların birində xəstəxana, digərində isə yaşayış obyektləri hədəfə alınıb.
İkinci hadisə zamanı Su-34 qırıcısı bu bombanı Rusiyanın Belqorod vilayətindən – hədəfdən təqribən 105 kilometr məsafədən buraxıb.
Sınaq mərhələsində olan silah əvvəlkindən azı 2 dəfə güclüdür
Hərbi ekspertlər bildirirlər ki, Rusiya bu silahı hələ də sınaqdan keçirir və texniki göstəriciləri tam məlum deyil. “UMPB-5” adından göründüyü kimi, bu bomba 2024-cü ilin yazında ilk dəfə görünən UMPB D-30SN modelinin bir modifikasiyasıdır.
“D-30SN” modelinin 80 kilometri aşan uçuş məsafəsi və təxminən 250 kiloqramlıq döyüş başlığı var. Bu isə yeni “UMPB-5”in əvvəlki versiyadan ən azı 2,5 dəfə daha güclü olduğu ehtimalını yaradır.
Rusiya gündə 160 ədəd istifadə edir
Ukrayna Prezidenti Vladimir Zelenski bu ayın əvvəlində verdiyi açıqlamada bildirib ki, 2025-ci ilin iyulunda Rusiya hər gün orta hesabla 160 ədəd sürüşən bomba atır. Bu rəqəm 2023-cü ilin yazı ilə müqayisədə səkkiz dəfə çoxdur və müharibənin miqyasının artdığını göstərir.