Berlin mərkəzində çəkiclə işgəncə
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
17:49 | 5 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 197 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Bu ilin fəxri qonağı Filippinlərdir
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
“BMW” avtomobillərinin motorunda problem aşkarlanıb
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
Almaniyada qanuni sağlamlıq sığortası sistemində yaranan milyardlarla avro büdcə kəsiri hökumət və ictimaiyyət arasında gərgin müzakirələrə səbəb olub. Baş nazir Fridrix Merz (CDU), ARD kanalına verdiyi müsahibəsində bu açığın bağlanması üçün sərt tədbirlər təklif edib. Onun fikrincə, xidmətlərin məhdudlaşdırılması və sığortalı şəxslərin daha çox maliyyə məsuliyyəti daşıması zəruridir.
Almaniyanın nüfuzlu sosial yardım təşkilatı VdK-nın rəhbəri Verena Bentele bu təklifi qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, əsl həll yolu vergi sistemində ədalətin təmin olunması və yüksək gəlirli şəxslərin daha çox töhfə verməsidir. Bu çərçivədə varlıq vergisinin tətbiqi və sığorta ödənişlərinin yuxarı hədlərinin artırılması da gündəmə gəlib.
Qanuni sağlamlıq sığortalarının çətir qurumu olan GKV-nin sözçüsü Florian Lanz də Merzin təklifinə açıq şəkildə etiraz edib. O, xidmətlərin azaldılması əvəzinə, “xərclərə moratorium” tətbiq olunmasını təklif edir. Bu mexanizm çərçivəsində qiymət və əməkhaqqı artımlarının gəlirlərə uyğun məhdudlaşdırılması nəzərdə tutulur – bu da sığortalıların hüquqlarını məhdudlaşdırmadan maliyyə sabitliyini təmin etməyi hədəfləyir.
Almaniyanın aparıcı sığorta təşkilatlarından olan TK-nın rəhbəri Yens Baas və digər kassaların nümayəndələri, işsizlik müavinəti alanların sağlamlıq sığortası xərclərinin dövlət tərəfindən tam qarşılanmadığını bildiriblər. Onların hesablamalarına görə, bu məsrəflər illik 10 milyard avro təşkil edir və hazırda bu yük işəgötürənlər və digər sığortalıların üzərinə düşür. Baas bu xərclərin vergilər hesabına maliyyələşdirilməsinin daha ədalətli olacağını vurğulayıb.
CSU partiyasından olan siyasətçi Klaus Holetşek Almaniyada fəaliyyət göstərən 94 qanuni sağlamlıq sığortası qurumunun sayının azaldılmasını və bununla idarəetmə xərclərinin minimuma endirilməsini təklif edib. Lakin Yens Baas bu fikirlə razılaşmır. Onun sözlərinə görə, idarəetmə xərcləri ümumi büdcənin cəmi 4 faizini təşkil edir və qurumlar arasında rəqabət, əksinə, məhsuldarlığı artırır. GKV isə bu cür fikirləri əsas struktur problemlərdən diqqəti yayındırmaq üçün irəli sürülən “yalançı həll yolları” kimi qiymətləndirir.