Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
19:29 | 5 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 397 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
…Bir neçə gündür ki, mediada (sosiallı, sosialsız) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-də tezliklə mühüm sənəd imzalayacağı barədə xəbərlər yayılır. Bu sənədin iki ölkə arasında sülh sazişi ola biləcəyi ehtimal edilir. Bununla da Qafqazda ən qanlı və ən uzunömürlü müharibə rəsmən başa çatacaq-deyə düşünürlər.
Ola bilər. Hər şey mümkündür.
Bütün müharibələr səngərdə başlayır, masada bitir. Amma məni məsələnin başqa tərəfi maraqlandırır. Sanki kimlərsə-Ehtimali Sülh Sazişini bilərəkdən artıq indidən ABŞ Prezidentinin tarixi nailiyyəti kimi təqdim etməyə çalışır. Bu səhvi etmək olmaz! Bu təkcə tarixi həqiqətləri təhrif etmək deyil, həm də öz xalqına qarşı böyük hörmətsizlikdir! Ola bilsin ki, ABŞ lideri Donald Tramp Azərbaycanın lideri İlham Əliyevə rəğbətlə yanaşır. Amma 100 illərin tarixi sənədini D.Trampın ayağına yazmaq, onun cahanşümul uğuru kimi qələmə vermək təşəbbüsləri son dərəcə zərərlidir. Vətən müharibəsində qazandığımız uğurlara şərik qoşmaq cəhdləri kimi. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa, dövlət suverenliyinin təmin olunması-Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm ümumxalq prosesinin müstəsna nəticəsidir. 44 günlük vətən müharibəsi, 8 noyabr Zəfər Günü, 20 sentyabr antiterror əməliyyatı mahiyyətcə misilsiz olmaqla, həm də həlledici hadisələrdir. Deyəsən, kimlərsə ya axmaqlıqdan, ya da arxayınlıqdan Dəmir yumruğu unutmağa, unutdurmağa çalışır?! Bunu etmək olmaz! Əgər bu gün ABŞ Azərbaycan və Ermənistana hər hansısa sənəd, hətta Sülh Sazişi imzalamaq məqsədilə öz məkanında yer və fürsət təklif edirsə, bu məhz Dəmir Yumruğun nəticəsi ilə barışmaqdır, Azərbaycanın Qələbəsini, ilahi ədaləti qəbul etməyə məcbur olmaqdır. Unudulmamalıdır: Biz indiki məqama Birinci və İkinci Qarabağ müharibəsində verdiyimiz 20 minə qədər şəhidin canı, on minlərlə qazinin qanı, xalqımızın birliyi və tarixi hövsələsi, işğalla barışmazlığı, dözümü, dəyanəti bahasına yetişmişik. Sülh sazişinin də şərtlərinin müəllifi Prezident İlham Əliyevdir. Və əgər nə vaxtsa, fərqi yoxdur-bu gün, sabah, ya birisigün – Azərbaycan və Ermənistan arasında Böyük Sülh Müqaviləsi imzalanacaqsa, əsas müəllif yalnız Azərbaycan, yalnız onun lideri olacaq. Qələbənin müəllifi İlham Əliyev oldu. Sülhü də biz uduruq. Bu zəfərin də müəllifi bəllidir: Prezident İlham Əliyev: yəni Azərbaycan xalqı və Azərbaycan dövləti!