Vladiqafqazda güclü partlayış
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
09:07 | 12 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 368 dəfə baxılıb
Şriftin ölçüsü
Şəhərin mərkəzində qalın tüstü buludu yaranıb
Azərbaycanlı əsilli biznesmen Rusiya kinostudiyasını satın aldı
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Rusiya Prezidenti Vladimir Putin, 1876-cı ildə ABŞ-ın Rus İmperiyasından aldığı Alyaska əyalətini ziyarət edən ilk Rusiya lideri olacaq.
ABŞ Prezidenti Donald Trampla Ukrayna məsələsi və ikitərəfli münasibətləri müzakirə etmək üçün 15 avqustda görüşməyi planlaşdıran Putin uzun illər sonra ilk dəfə ABŞ-a səfər edəcək. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka gedən Putin həmin səfətini son ABŞ səfəri hesab edirdi.
Əvvəllər ABŞ-a Nikita Xruşov, Leonid Brejnev, Mixail Qorbaçov, Boris Yeltsin və Dmitri Medvedev səfər etsə də, Putin Alyaskaya gedən ilk Rusiya lideri kimi tarixə düşəcək.
1732-ci ildə Mixail Qvozdev və İvan Fedorov adlı iki kəşfiyyatçı tərəfindən kəşf edilən Alyaska sonrakı illərdə tacirlər tərəfindən iqtisadi olaraq dəyərləndirilməyə başladı. Əvvəlcə Rusiya torpağı olan bu ərazi Rusiyaya kürk ticarəti vasitəsilə gəlir gətirirdi. 1799-cu ildə burada Rusiya-Amerika Şirkəti quruldu.
Qırım müharibəsi zamanı belə uzaq və geopolitik cəhətdən həssas bir bölgənin idarə olunmasının və qorunmasının xərci potensial gəlirdən daha çox olduğu ortaya çıxdı.
Alyaskanı satmaq fikri ilk dəfə 1857-ci ildə Rusiya çarı II Aleksandrın qardaşı knyaz Konstantin Nikolayeviç tərəfindən irəli sürüldü. Daha sonra çar II Aleksandrın təsdiqi ilə Alyaska 30 mart 1867-ci ildə ABŞ-a satıldı. Təxminən 1 milyon 518 min 800 kvadratkilometr ərazi müqabilində ABŞ həmin dövrdə ruslara 7 milyon 200 min dollar ödəyib. Bu məbləğin bugünkü dəyəri 150 milyon dollardan çox qiymətləndirilir.
ABŞ Alyaskanı həm strateji, həm də iqtisadi potensialına görə satın almışdı. Dövrün ABŞ Dövlət Katibi Uilyam H. Syuard uzaq və buzlu, heç bir işə yaramayan bu torpağın alınmasını səbəb göstərərək, ABŞ-da bir çox tənqidə məruz qalmış və bu hadisə “Syuardın dəli işi (Seward’s Folly)” kimi adlandırılmışdı.
İllər sonra Alyaskanın qızıl, neft, təbii qaz, balıqçılıq və strateji baxımdan dəyəri ortaya çıxanda bu tənqidlər “ABŞ-ın ən sərfəli torpaq alış-verişi” kimi qiymətləndirildi.
Rusiya ilə ABŞ-ı ayıran sərhəd nöqtəsi həm də zaman baxımından dönüş nöqtəsidir
ABŞ-a aid Alyaskadan Bering boğazını keçərək Rusiyanın Çukotka bölgəsinə qədər məsafə 86 kilometrdir. Burada Rusiyaya aid Böyük Diomede Adası (Ratmanov) ilə ABŞ-a aid Kiçik Diomede Adası arasında 3,8 kilometrlik məsafənin ortasından iki ölkə sərhədi keçir.
Rusiyanın ABŞ ilə sərhədini təşkil edən bu bölgə vaxt zonasının dəyişdiyi önəmli yerdir. “Beynəlxalq tarix dəyişmə xətti” məhz buradan keçir. ABŞ sərhədləri daxilində 15 avqust 2025-ci ildə keçiriləcək Putin-Tramp zirvəsi zamanı sərhədin dərhal yanında Rusiyada təqvimlər 16 avqust 2025-ci ili göstərəcək.
Qısa məsafəyə baxmayaraq, iki ölkə arasında zaman fərqi 21 saatdır. Beləliklə, Putin Alyaskaya səfər etməklə bir gün əvvələ yəni keçmişə səfər edəcək.