vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
-40 dərəcədə əməliyyat 13:16 | 14 avqust 2025 | Cümə axşamı Məqaləyə 225 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

-40 dərəcədə əməliyyat

Saxta şirkət quran ukraynalılar xüsusi partlayıcı hazırlayıblar

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna kəşfiyyat rəisi, Rusiyanın hava qüvvələrinə ağır zərbə vuran pilotsuz uçuş aparatı (PUA) hücumunun öncəsində aparılan gizli planlaşdırmaya dair təfərrüatları açıqlayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasıl Malyuk ukraynalı agentlərin strateji rus hərbi hava bazalarını hədəfə alan “Hörümçək Toru Əməliyyatı”nı hazırlayarkən Rusiyanın Çelyabinsk şəhərində saxta şirkət yaratdıqlarını deyib.

 

Rusiyaya qarşı ən böyük hücum idi

 

Cəbhə xəttindən minlərlə kilometr uzaqda həyata keçirilən bu dərin əməliyyatda, Rusiyaya qaçaq yolla daxil edilən “FPV” (“First Person View”) PUA-larından istifadə olunub və beş hava bazası hədəfə alınıb. Bu, üç il yarımlıq müharibədə Rusiyaya qarşı ən böyük hücum olub.

Əməliyyat, Moskva üçün ciddi təhlükəsizlik boşluğu mənasına gəlməklə yanaşı, Rusiya Prezidenti Vladimir Putinin hərbi gücünə də zərbə vurub. Rusiya hava donanmasının təxminən 10 faizi sıradan çıxıb.

 

Aylarla davam edən gizli hazırlıq

 

Malyuk bildirib ki, ukraynalı agentlər Çelyabinskdə yerli Rusiya təhlükəsizlik idarəsinin dərhal yaxınlığında ofis və anbar icarəyə götürüblər. Logistika şirkəti görüntüsü altında beş yük maşını alıblar, sürücü tutublar və müxtəlif mallar daşıyaraq kimliklərini gizlədiblər.

150 “FPV” PUA qəbul edildikdən sonra, cihazlar mənfi 40 dərəcəyə çatan soyuqda işlək vəziyyətdə saxlanılıb. Bunun üçün müxtəlif enerji mənbələri, günəş panelləri və digər avadanlıqlardan istifadə olunub.

Malyuk deyib ki, kənardan adi “FPV” kimi görünən bu dronlar önəmli xüsusiyyətlərlə təchiz olunub.

 

Əməliyyat üçün xüsusi partlayıcı hazırladılar

 

Hücum başlığı “xüsusilə bu əməliyyat üçün hazırlanmış” xüsusi qarışıq partlayıcıdan ibarət iki hissədən təşkil olunub. Bu yük, təyyarə gövdəsini deşib daxili partlayış yaratmaq üçün kumulyativ-yüksək partlayış təsirinə malik idi. Agentlər, yük maşını sürücüləri hədəf hava bazalarına yola çıxmadan əvvəl Rusiyanı tərk ediblər. PUA-lar, uzaqdan açıla bilən, damı çıxarıla bilən taxta konteynerlərə yerləşdirilmişdi.

Hədəflər arasında Rusiyanın nüvə silahı daşımaq qabiliyyətinə malik bombardmançı təyyarələri və ən azı bir “A-50” erkən xəbərdarlıq təyyarəsi olub. Əməliyyatın ümumi zərərinin təxminən 7 milyard dollar olduğu bildirilir.