JAS – üçü birində
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
11:11 | 14 avqust 2025 | Cümə axşamı
Məqaləyə 392 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Günahkar iqlim dəyişikliyidir?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Orbanın həmrəylik mesajı etirazla qarşılandı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Polşa, “F-16” döyüş təyyarələrinin hamısını “Blok 72 Viper” versiyasına yüksəltmək üçün ABŞ ilə 3,8 milyard dollar dəyərində müqavilə imzalayıb. Müqavilənin bölgədə mühüm hava üstünlüyü təmin edəcəyi bildirilib və 48 “F-16C/D” döyüş təyyarəsinin hamısını əhatə edəcəyi vurğulanıb.
Polşa Milli Müdafiə Naziri Vladislav Kosiniyak-Kamış (Wladyslaw Kosiniak-Kamysz), imza mərasimində verdiyi açıqlamada, ABŞ ilə 3,8 milyard dollar dəyərində imzalanan modernləşdirmə müqaviləsinin ölkənin 48 “F-16C/D Block 52+” təyyarəsinin hamısını əhatə etdiyini söyləyib.
“Modası keçməyəcək”
20 ildən uzun müddət istifadə edilən təyyarələrə pilotların böyük yaxınlıq duyduğunu bildirən Kosiniak-Kamış, “Bu təyyarə heç vaxt darıxdırıcı olmayacaq, modası keçməyəcək. Həmişə daha yeni, daha üstün və təkmilləşdirilmiş versiyaları olacaq,” deyib.
Kosiniak-Kamış əlavə edib ki, mövcud “C/D” təyyarələr çox yaxşıdır, amma 20 il sonra ölkənin təhlükəsizliyinə yönələn təhdidlər qarşısında kifayət etmir.
Bu il Ümumi Daxili Məhsulun (ÜDM) 4,7%-ni müdafiəyə ayıran Polşa, gələn il bu nisbəti 5%-ə çatdırmağı hədəfləyir.
Polşa ilk ölkələrdən biri olacaq
Əgər Polşa hədəfinə çatsa, iyun ayında keçirilən tarixi NATO zirvəsində ittifaq üzvlərinin razılaşdığı, müdafiə xərclərinə ÜDM-nin 5%-ni ayırma hədəfinə çatan ilk ölkələrdən biri olacaq.
Həmçinin, xəbərdə vurğulanıb ki, 2030-cu ilə qədər Polşanın tank sayı İngiltərə, Almaniya, Fransa və İtaliyanın ümumi tank sayından çox olacaq.