Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:44 | 14 avqust 2025 | Cümə axşamı
Məqaləyə 1035 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskadakı Elmenorf-Riçardson hərbi-hava bazasında gözlənilən görüşünün proqramı tam razılaşdırılıb və hazırlığın son mərhələsinə daxil olub.
Bu barədə brifinqdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, iki dünya liderinin görüşü Moskva vaxtı ilə saat 22:30-da (Bakı vaxtı ilə 23:30-da – red.) təkbətək söhbətlə başlayacaq, burada yalnız tərcüməçilər iştirak edəcək. Daha sonra Putin və Tramp danışıqları işçi səhər yeməyi formatında davam etdirəcəklər. Uşakovun əlavə etdiyinə görə, burada tərəflər iqtisadi sahədə ikitərəfli əməkdaşlığı və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
“Rusiya və ABŞ prezidentlərinin görüşünə hazırlıq yekun mərhələyə daxil olub. Görüşün cəmi beş gün əvvəl, yəni ötən cümə gecəsi elan edildiyini nəzərə alsaq, hər şey intensiv rejimdə həyata keçirilir, çoxlu sayda texniki məsələ, o cümlədən vizalarla bağlı məsələlər həll olunur”, – deyə Uşakov bildirib.
“O cümlədən, sammitin siyasi məzmunu üzərində də fəal işlənilir”, – deyə diplomat vurğulayıb.
Uşakovun sözlərinə görə, Kremlin rəsmi mövqeyində görüşün Alyaskada yerləşən sovet pilotlarının məzarı yaxınlığında keçirilməsinin rəmzi mənası olduğu qeyd olunur.
O əlavə edib ki, Putin və Trampın nümayəndə heyətlərinin tərkibində aparacağı danışıqlar “5+5” formatında baş tutacaq. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev daxildir. Diplomatın sözlərinə görə, ABŞ nümayəndə heyətinin tərkibi də müəyyən olunub, lakin onun açıqlanması Amerika tərəfinin öhdəsinə buraxılıb.
Uşakov bildirib ki, sammitin əsas mövzusu Ukrayna böhranının tənzimlənməsi olacaq. Bununla yanaşı, liderlər bir sıra digər vacib beynəlxalq məsələləri də müzakirə edəcəklər.
“Sammitin gündəliyinə gəlincə, yəqin ki, hamıya aydındır: əsas mövzu Ukrayna böhranının tənzimlənməsi olacaq, xüsusilə də ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə avqustun 6-da Kremlin keçirdiyi müzakirələr kontekstində”, – deyə o qeyd edib.
“Amma, təbii ki, görüşdə daha geniş sülh və təhlükəsizlik məsələləri, eləcə də aktual və ən kəskin beynəlxalq və regional problemlər də diqqət mərkəzində olacaq”, – deyə prezidentin köməkçisi əlavə edib.
Danışıqlardan sonra Putin və Tramp birgə mətbuat konfransı keçirərək müzakirələrin nəticələrini ictimaiyyətə çatdıracaqlar.
Uşakov onu da vurğulayıb ki, Rusiya və ABŞ liderlərinin danışıqlarının müddəti müzakirələrin gedişindən asılı olacaq. Rusiya nümayəndə heyəti sammit başa çatdıqdan dərhal sonra Alyaskadan vətənə yola düşəcək.