Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
07:19 | 14 avqust 2025 | Cümə axşamı
Məqaləyə 427 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Rusiya Neft İxrac Edən Ölkələr Təşkilatının (“OPEC”) hasilat hədəfini aşdıqdan sonra bunun kompensasiyası üçün həyata keçirməli olduğu hasilat ixtisarlarının qalan hissəsini prosesi üç aya bölərək tamamlamağı nəzərdə tutur.
Moskvadan “OPEC”ə təqdim edilən yenilənmiş kompensasiya təqviminə görə, iyuldan noyabra qədər hər ay gündəlik 85 min barel, dekabr ayında isə gündəlik 9 min barel hasilatın ixtisarı planlaşdırılır.
Rusiya Energetika Nazirliyi “Bloomberg”in şərh sorğusuna dərhal cavab verməyib.
Bu dəyişiklik, “OPEC” və tərəfdaşlarının sentyabr ayına qədər – gözləniləndən bir il əvvəl – gündəlik 2,2 milyon barel məhdudlaşdırılmış hasilatı yenidən bazara çıxarması fonunda baş verir. Növbəti addımlar isə hələ də qeyri-müəyyəndir. Bir çox analitik ilin son rübündə təklifin artıqlığını proqnozlaşdırarkən, “OPEC”dən gələcək addımın yeni artımdan fasiləyə və ya yenidən ixtisara qədər dəyişə biləcəyi siqnalı verilib.
“OPEC” hədəflərinə tam uyğun olmayan ölkələr 18 avqusta qədər yenilənmiş kompensasiya planlarını təşkilatın katibliyinə təqdim etməlidirlər. Bu açıqlama ittifaqın Ortaq Nazirlər Monitorinq Komitəsi tərəfindən ötən ayın sonunda verilib.
Rusiya və digər əsas “OPEC” ölkələrinin hasilat kvotaları hər ay artırkən, yumşaldılmış kompensasiya proqramı Moskvaya avqust ayında hasilatı gündə 9 milyon 259 min barelə, sentyabr ayında isə gündə 9 milyon 364 min barelə qaldırmaq imkanı verir.
“Bloomberg”in “OPEC”in aylıq hesabatları əsasında apardığı hesablamalara görə, ilin birinci yarısında Rusiya, mart ayı istisna olmaqla, hər ay tələb olunan hasilat səviyyəsindən az xam neft çıxarıb.
Yenilənmiş iyul göstəricisi Rusiyanın apreldə öhdəlik götürdüyü gündəlik 137 min barellik ixtisardan xeyli aşağıdır. Bu isə ölkənin əvvəlki 17 min barellik artıq hasilatla müqayisədə, gündəlik 35 min barellik əlavə kompensasiya həyata keçirdiyi deməkdir.