vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BANK, BİRJA, SIĞORTA  
“BOJ geri qalır” 08:28 | 14 avqust 2025 | Cümə axşamı Məqaləyə 92 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“BOJ geri qalır”

Yaponiyalı iqtisadçı ABŞ nazirinin açıqlamasını etik saymadı

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Maliyyə Naziri Skott Besent (Scott Bessent), nadir bir açıqlama ilə xarici bir mərkəzi bankın siyasət qərarlarını tənqid edərək, Yaponiya Mərkəzi Bankının (“Bank of Japan” – BOJ) inflyasiya ilə mübarizədə geri qaldığını bildirib.

Besent dünən “Bloomberg TV”yə verdiyi müsahibədə “Onlar geri qalır” deyərək bunun öz şəxsi fikri olduğunu və BOJ Prezidenti Kazuo Ueda ilə Yaponiyadakı inflyasiyanı müzakirə etdiyini söyləyib. “Buna görə də faiz artırımına gedəcəklər və inflyasiya problemini nəzarət altına almalıdırlar” deyə əlavə edib. Besentin şərhləri, BOJ-un böyük iqtisadiyyatlar arasında ən aşağı siyasət faiz dərəcələrindən birinə sahib olduğu və ölkədə inflyasiyanın üç ildən artıq müddətdir bankın 2% hədəfinin üstündə olduğu bir dövrdə gəldi.

BOJ-un keçən ay faizləri sabit saxlamaq qərarından sonra Ueda əsasən yumşaq mesaj vermiş və növbəti faiz artımı üçün konkret bir təqvim açıqlamamaqla ehtiyatlı davranmışdı. ABŞ Maliyyə Nazirinin açıqlamalarından sonra, Yapon yenası (JPY) bu gün Tokioda dollar qarşısında dəyər qazandı, Yaponiyanın 10 illik istiqraz faizləri isə yüksəldi. “Dai-Ichi Life Research Institute”un baş iqtisadçısı və keçmiş BOJ rəsmisi Hideo Kumano, “Besent ABŞ və Yaponiyanın pul siyasəti ilə bağlı şərhləri ilə dolları zəiflətməyə çalışa bilər”, – deyib.

Kumano əlavə edib ki, Besent başqa bir ölkənin siyasəti barədə şərh verməsi ilə qaydaları pozduğunu və bu durumun BOJ-un hərəkətini daha da çətinləşdirə biləcəyini göstərir. “Bloomberg”in BOJ-u izləyən iqtisadçılarla apardığı son sorğuda, iştirakçıların təxminən 42%-i oktyabr ayında borc maliyyəti artımı gözlədiyini, üçdə biri isə yanvar ayında bir hərəkət gözlədiyini bildirib. BOJ-un 19 sentyabrda keçiriləcək növbəti siyasət iclasında faiz dərəcələrində dəyişiklik etməyəcəyi gözləntiləri üstünlük təşkil edir.