Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
07:54 | 15 avqust 2025 | Cümə
Məqaləyə 352 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
ABŞ və Rusiya liderləri arasında yaxın saatlarda baş tutacaq Alyaska görüşündə Ukrayna münaqişəsinin həlli üçün ərazi mübadiləsinin əsas müzakirə mövzusu olacağı bildirilir. Qərbin aparıcı media orqanlarında Sam Qrinin (Greene) Alyaska görüşünə dair iddiasına xüsusi yer verilir. Qrinin iddiasına görə, görüş məkanının 1867-ci ildə Çar Rusiya tərəfindən ABŞ-a satılan Alyaskada keçirilməsi də məhz bununla əlaqədardır. Yəni, Tramp Administrasiyası görüş məkanı olaraq Alyaska seçimi ilə ərazi mübadiləsinin mümkünlüyünə dair açıq mesaj verir.
Ərazi mübadiləsinin aktuallaşması Ukrayna münaqişəsindən daha önəmli məsələdir. Məlum olduğu kimi, ərazi bütövlüyünün qorunması, sərhədlərin toxunulmazlığı, bir sözlə hərbi güc ilə təktərəfli qaydada ərazi ələ keçirilməməsi İkinci Dünya müharibəsindən sonra böyük güclər arasında qurulmuş nizamın əsas prinsiplərindən biri hesab olunur və BMT Nizamnaməsinin 2-ci maddəsində bu prinsip yazılı olaraq öz əksini tapıb.
Bu mənada, Tramp hakimiyyətinin Alyaska görüşündə sərhəd dəyişikliklərinin mümkün olacağı yeni bir dünya nizamı yaratmaq marağında olduğunu iddia etmək olar. Rusiya tərəfindən işğal edilmiş ərazilərin tanınması isə qlobal müstəvidə bir hadisə olacaq və şübhəsiz ki, belə bir presedent sərhəd dəyişikliyi tələb edən bir çox donmuş münaqişəni yenidən alovlandıracaq.
Bir sözlə, Alyaska görüşü mövcud Yalta sisteminin və BMT-nin süqutunu şərtləndirərək, yeni beynəlxalq nizamın ilkin çərçivəsini müəyyən edə bilər.