Müharibələrdən çıxmaq problemi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
21:56 | 21 avqust 2025 | Cümə axşamı
Məqaləyə 780 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Blokada davam edərkən yarım milyardlıq yaxta boğazdan keçib
Qara dəniz sahillərində göyün üzünü tüstü örtüb, şəhərlər “neft yağışı”na tutulub
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Rusiyanın Ukraynada döyüşən 83-cü briqadasından 30 əsgər və zabit mükafat və pul ödənişləri almaq üçün bir-birinə atəş açıblar.
“Коммерсантъ” qəzetinin Rusiya İstintaq Komitəsinə istinadla yaydığı məlumata görə, 83-cü qvardiya desant-hücum briqadasının hərbçiləri kompensasiya və güzəştlər almaq məqsədilə bir-birinə atəş açaraq yaralanmaları saxtalaşdırıblar. Dövlətə dəyən ziyan 200 milyon rublu (təxminən 2,2 milyon dollar) ötüb.
Fırıldaqlarda 30-dan çox şəxs iştirak edib. Onların arasında briqadanın keçmiş komandiri Artyom Gorodilov və xüsusi əməliyyatlar rəhbəri Konstantin Frolov (“Cəllad”) da var. Hər ikisi 2024-cü ilin yayında həbs edilib, günahlarını etiraf edərək digər hərbçilər əleyhinə ifadə veriblər.
İstintaqın məlumatına görə, hərbçilər ölümcül olmayan nahiyələrə atəş açaraq saxta yaralanmalar alıblar və bunun müqabilində hər biri üçün 3 milyon rubl (təxminən 33 min dollar) ödəniş alıblar. Saxta sənədlərdən istifadə olunaraq onlara güzəştlər təyin edilib, “İgidliyə görə” medalları və “Qəhrəmanlıq ordenləri” verilib. Frolov dörd “döyüş yarasının” hamısının əslində xidmət yoldaşları tərəfindən qəsdən açıldığını etiraf edib.
Federal KİV-lərdə desantçıların “igidliyi” barədə yayımlanan reportajlar da saxta çıxıb. “Birinci kanal” və digər media orqanlarında “snayper qəhrəmanlar”, “yetim uşaqların xilas edilməsi” və “qızın övladlığa götürülməsi” kimi hekayələr yayılsa da, istintaq bu hadisələrin heç vaxt baş vermədiyini müəyyənləşdirib.
Gorodilova xüsusilə böyük miqyaslı dələduzluq ittihamı irəli sürülüb. Frolova isə rüşvət, qanunsuz silah və partlayıcı maddə dövriyyəsi maddələri üzrə də ittihamlar yönəldilib. Onların “Xüsusi Hərbi Əməliyyat”a göndərilmək barədə müraciətləri rədd edilib.