Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:53 | 26 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 938 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Hazırda Rusiyanın bəzi bölgələrində və işğal altındakı Ukrayna ərazilərində benzin qıtlığı yaşanır. Bəzi yerlərdə uzun növbələr yaranıb, kupon sistemi tətbiq olunmağa başlanıb.
Ukrayna son həftələrdə Rusiyanın enerji sektorunu hədəf alan hücumlarını xeyli intensivləşdirərək Moskvanın hərbi maşınının əsas maliyyə mənbəyinə ciddi zərbələr endirib.
Son günlər həyata keçirilən hücumlarda Rusiyaya məxsus 10 neft emalı zavodu hədəfə alınıb. Bildirilir ki, bu hücumlar Rusiyanın ümumi emal gücünün azı 17%-ni – gündəlik 1,1 milyon barelə bərabər həcmi – sıradan çıxarıb.
Ukraynanın hədəfli hücumları əsasən zavodlar, yanacaq anbarları və hərbi-sənaye obyektlərinə yönəlir. Bu yolla Moskvanın neft emalı və ixrac potensialı zəiflədilir, bəzi Rusiya bölgələrində və Moskvanın ilhaq etdiyi Krımda yanacaq qıtlığı müşahidə olunur.
Avqustun 24-də Ukrayna, Leninqrad vilayətində qaz terminalını və Samara şəhərindəki bir neft emalı zavodunu vurub. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) mənbələri sıxılmış təbii qaz terminalına hücumun arxasında SBU-nun dayandığını təsdiqləyib. Mənbəyə görə, terminal Rusiyanın “kölgə donanması” vasitəsilə neft və qaz ticarəti apardığı məkanlardan biridir.
Ukrayna Baş Qərargahı isə Samara vilayətindəki “Sızran” zavoduna hücumun Hərbi Kəşfiyyat (HUR), Pilotsuz Sistemlər Qüvvəsi və digər müdafiə qurumları tərəfindən həyata keçirildiyini açıqlayıb. İllik 8,5 milyon ton xam neft emal gücünə malik “Sızran” zavodu Rusiyanın ümumi emal gücünün 3,08%-ni təşkil edir və istehsal olunan yanacağın Rusiya ordusuna tədarük olunduğu bildirilir.
Ayın əvvəlində Ukrayna, Cənubi Rusiyanın ən böyük neft obyektlərindən biri olan Volqoqraddakı “Lukoil” zavodunu, eləcə də Saratov və Rostov vilayətlərindəki iri müəssisələri də hədəfə almışdı.
Rusiyada turizm mövsümü və kənd təsərrüfatı işləri ilə bağlı benzinin ən çox tələb olunduğu bir dövrdə həyata keçirilən bu hücumlar yanacaq çatışmazlığını daha da dərinləşdirib. Kiyev hücumlarını artırmazdan əvvəl belə, Moskva iyul ayında artan daxili tələbi qarşılamaq üçün benzin ixracını məhdudlaşdırmışdı.
Hazırda Rusiyanın bəzi bölgələrində və işğal altındakı Ukrayna ərazilərində benzin qıtlığı yaşanır. Bəzi yerlərdə uzun növbələr yaranıb, kupon sistemi tətbiq olunub. Rusiya mediası bildirir ki, benzin getdikcə daha çox yalnız dövlət qurumlarına və müəssisələrə satılır.