Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
08:46 | 1 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 340 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Almaniyada himn və dövlət bayrağının dəyişdirilməsi mövzusu gündəmə gəlib. Müzakirələri başladan şəxs Federal Məclis Prezidentinin müavini Bodo Ramelov olub. Ramelov Almaniyanın yeni himnə ehtiyacı olduğunu irəli sürərək, Alman bayrağının rənglərinin də referendum vasitəsilə dəyişdirilməsini təklif edib.
Sol Partiyadan olan siyasətçi bu fikrini Almaniyada bir çox insanın milli simvollardan narazı qalması iddiasına əsaslandırıb. Ramelov deyib ki, Almaniyanın şərqində “müxtəlif səbəblərdən” himni ifa etməyən çox insan tanıyır və qara, qırmızı və qızılı rənglərdən ibarət Alman bayrağına qarşı da müəyyən “yadlaşma” mövcuddur.
“Rheinische Post” qəzetinə açıqlama verən Ramelov hazırda istifadə olunan “Birlik, Ədalət və Azadlıq” himninin yerinə Bertolt Brextin “Uşaq himni” şeirinin qəbul edilməsini təklif edib: “Uşaq himni möhtəşəm sözlərə malikdir. Almaniyada yaşayan hər kəs üçün universal, birlikdə sevinclə ifa edilə biləcək yeni marş yaratmaq mümkündür”.
Turingen (Thüringen) əyalətinin sabiq baş naziri Ramelov Alman bayrağı ilə bağlı, “Qara, qırmızı və qızılı rənglərin totalitar qurumlara qarşı duruşu simvolizə etdiyini bilirəm. Amma bir çox insan milli bayrağa qarşı da yadlıq hissi yaşayır”, – deyib.
Ramelov 2019-cu ildə Turingen Baş naziri olarkən eyni qəzetə verdiyi müsahibədə də oxşar arqumentlərlə yeni milli marş çağırışı etmişdi.
Ramelovun milli marş və bayraqla bağlı təkliflərinə digər partiyalardan da reaksiyalar gəlib.
Yozef Haydn tərəfindən bəstələnmiş “Birlik, Ədalət və Azadlıq” marşının sözləri 1841-ci ildə Avqust Henrix Hofman fon Falersleben tərəfindən yazılıb. Marş ilk dəfə Veymar Respublikası dövründə milli marş qəbul edilib. Nasist dövrünü xatırladan bəzi hissələr çıxarıldığından, 1952-ci ildən bəri yalnız üçüncü bənd Federal Almaniya Respublikasının milli marşı kimi istifadə olunur.
Alman bayrağındakı qara, qırmızı və qızılı rənglər isə XIX əsrdən bəri azadlıqçı Almaniyanı simvollaşdırır. 1848-ci il inqilabı zamanı Frankfurt parlamentinin bu rəngləri Alman Konfederasiyasının bayrağı kimi qəbul edib. Bu rənglər, imperiya və Nasist Almaniyası tərəfindən istifadə olunan qara, ağ və qırmızı rənglərə siyasi etirazı ifadə edir.