Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:26 | 30 iyun 2014 | Bazar ertəsi
Məqaləyə 1467 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Şərqi Ukraynada Rusiya yönümlü separatçılar tərəfindən əsir götürülən ATƏT müşahidəçilərindən ibarət son dəstə sərbəst buraxıldı. Onların azadlığının təmin olunması Avropa İttifaqı (Aİ) liderlərinin iyunun 27-də baş tutan görüşlərində müzakirə olunan prioritet məsələ idi. Məlumatı «Reuters» xəbər agentliyi yayıb.
İyunun 28-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaydığı bəyanata əsasən, Ukraynada Xüsusi Monitorinq Missiyası qrupunun əsir götürülmüş 4 nümayəndəsi azad edildilər. Qeyd edək ki, nümayəndə heyəti üzvləri 1 aydan artıq zaman ərzində Luqansk əyalətində üsyançılar tərəfindən əsir saxlanılırdılar.
«Bütün ATƏT ailəsi nümayəndə heyətimizin təhlükəsiz və çoxdan gözlənilən azadlığını alqışlayır», - deyə ATƏT-in baş katibi Lamberto Zanniyer ATƏT-in rəsmi saytına verdiyi açıqlamalarda bildirmişdir. «Onlar tarixin ən çətin anlarından birində Ukraynadan öz köməklərini əsirgəmədilər. Biz onların bu şücaətinə heyranlıq və bu cəsurluq qarşısında baş əyirik.»
İyunun 27-si Aİ liderlərinin toplaşdığı sammitdə əsas müzakirə mövzusu və tələb Ukraynada olan bütün əsirlərin, eləcə də ATƏT müşahidəçilərinin sərbəst buraxılması idi.
Üsyançıların lideri Aleksandr Boroday «İnterfax» xəbər agentliyinə verdiyi müsahibəsində «Biz Ukrayna tərəfindən öncə üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirdik. ATƏT-in 8 müşahidəçisi azad olundu», - deyə bildirmişdir.
Atəşkəsin vaxtı uzadıldı
ATƏT-in müşahidəçilərindən ibarət heyətin azadlığı Petro Poroşenkonun Ukrayna ordusu və üsyançılar arasında atəşkəsin vaxtının uzadılması bəyanatından sonra baş verdi. Atəşkəs elan olunsa da, üsyançı qüvvələr yenə də əmrə tabe olmayaraq, Slovyansk şəhəri yaxınlığında 3 Ukrayna ordusu əsgərinin ölümünə səbəb oldular.
«Üsyançıların Slovyansk yaxınlığında Ukrayna ordusunun hərbi məntəqəsinə açdıqları atəş nəticəsində 3 əsgərimiz həlak oldu, 1-i isə yaralandı», - deyə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksiy Dmitraşkovski «İnterfax»a verdiyi müsahibəsində bildirmişdir.
«Yaralanan və həlak olan əsgərlərimiz Ukrayna ordusunun «anti-terrorist əməliyyatları» qrupunun üzvləri idi və Slovyansk şəhərində təhlükəsizliyinin təmin olunması öhdəliyini daşıyırdılar», - deyə Dmitraşkovski öz müsahibəsinə əlavə etmişdir.
Aİ təzyiqi artırır
Ukraynada hərbiçilər və üsyançı qüvvələr arasında bir həftə davam edən atəşkəs 72 saat müddətinə əlavə olaraq uzadıldı. Poroşenko Rusiyanın etirazlarına baxmayaraq, Aİ və Ukraynada arasında olan azad ticarət və siyasi assosiasiya müqaviləsinə imza atdıqdan sonra vətənə dönərək atəşkəsin vaxtının artırılması haqda bəyanat verdi.
Aİ liderlərinin iyunun 27-si baş tutan görüşündə üsyançı qüvvələrin və Ukrayna tərəfinin sülh planı ilə bağlı müzakirə masasına əyləşmələri vacib tələblərdən biri olaraq səsləndirildi.
Qeyd edək ki, 15 müddəadan ibarət sülh planı üsyançılar tərəfindən qəbul olunmamışdı.
Donetsk vilayətində olan separatçıların lideri Miroslav Rudenko iddia edir ki, atəşkəsi Ukrayna dövləti öz maraqlarına xidmət üçün elan edib. Belə ki, onun fikrincə, atəşkəs müddətində hökumət öz hərbi qüvvələrini üsyançıların yerləşdiyi ərazilərdə möhkəmləndirmək istəyir.