Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:39 | 1 iyul 2014 | Çərşənbə axşamı
Məqaləyə 2322 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Avropa İttifaqından (Aİ) donuz əti idxalına qadağa qoyub. Aİ Rusiyanın bu addımına görə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin həlli orqanına müraciət edəcək. Qeyd edək ki, Ukrayna böhranı ticarət mübahisəsini bir az da çətinləşdirib. Məlumatı «Euractiv» xəbər portalı yayıb.
Rusiya ÜTT-nin üzvü olduqdan bəri bu, Brüssel və Moskva arasında 2 il ərzində 5-ci mübahisədir. Polşa və Litvada Afrika donuz qızdırması yayıldığı üçün Kreml donuz əti idxalının rus istehlakçılarını təhlükədə qoymasından narahatdır.
Yanvarın 24-də xəstəlik təsdiqləndikdən sonra donuz əti daşıyan Aİ yük maşınları Rusiya sərhədlərindən buraxılmayıb. Aİ hesab edir ki, Afrika donuz qızdırması çox bölgələrdə yayılmadığına görə Rusiyanın qərarı ədalətsizdir.
Avropa Komissiyası bildirir ki, Moskva rəsmi olaraq tam qadağa qoymasa da, məhdudiyyətlər Avropanın donuz əti ixracatına 590 milyon avro ziyan vurub. Aİ-nin illik donuz əti ixracatının dörddə bir hissəsi Rusiyanın payına düşür.
«Rusiyanın Avropadan gələn donuz ətinə qadağası məntiqə sığmır. Bunun heç bir elmi əsası yoxdur. Bu artıq beynəlxalq ticarət qaydalarına ziddir. Avropanın ÜTT-nin mübahisələrin həlli panelini yaratmaqdan başqa yolu yoxdur», - Aİ-nin ticarət məsələləri üzrə komissarı Karel de Guht bəyanatında bildirib.
ÜTT-nin mübahisələrin həlli paneli 45 gün müddətinə çağırılır. Mübahisələri barışıq yolu ilə həll etməyə çalışan ÜTT-nin hökm çıxarmasına isə azı 1 il vaxt lazımdır. ÜTT beynəlxalq ticarət qaydalarına zidd olan məhdudiyyətlərin götürülməsi və ya kompensasiya ödənilməsi haqqında qərar verə bilər. Təqsirkar tərəf buna əməl etməsə, ÜTT əks tərəfin buna cavab olaraq, ticarət qadağaları tətbiq etməsinə icazə verə bilər.
Rusiyanın Krımı anneksasiyasına görə yaranan gərginlik mübahisənin həllini çətinləşdirib. Xatırladaq ki, Aİ bəzi Rusiya rəsmilərinin hesablarının dondurulması və viza qadağalarının tətbiq olunmasına qərar vermişdi.
Rusiya bildirir ki, xəstəliyin birdəfəlik yoxa çıxması üçün bütün Aİ ərazisində karantin işləri görülməlidir. Rusiyanın Aİ nümayəndəsi qadağanın götürülməsinin «ciddi məsuliyyətsizlik» olduğunu bildirib.
Aİ rəsmiləri hesab edirlər ki, Ukrayna Rusiyanın Avrasiya Gömrük İttifaqı yerinə Aİ ilə azad ticarət sazişi bağlamağa təhrik olunduğu üçün Rusiya belə edir.
Qeyd edək ki, iyunun 27-də Brüssel sammitində Aİ liderləri Ukrayna, Gürcüstan və Moldova ilə ticarəti və siyasi əməkdaşlıq sazişi imzalayıblar.
NÖVBƏTİ ADDIM:
10 iyul: ÜTT-nin mübahisələrin həlli orqanının xüsusi toplantısında güman ki, Aİ ilk dəfə ÜTT-nin mübahisələrin həlli panelinin yaradılmasını təklif edəcək.