Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:52 | 5 iyul 2014 | Şənbə
Məqaləyə 2250 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Avropa İttifaqı (Aİ) Ukraynada sülh planının şərtlərinə əməl etməsi üçün Rusiyaya qarşı ciddi tədbirlər görməyə davam edir. Belə ki, Aİ Rusiyada olan yeni layihələrin maliyyələşməsi prosesini dayandırır. İyulun 3-də Aİ rəsmilərinin görüşü zamanı bu mövzu gündəmdə olan əsas məsələ idi. Məlumatı «Euractive» xəbər portalı yayıb.
Aİ diplomatı və alman höküməti sözcüsünün verdiyi məlumata əsasən Aİ rəsmiləri Avropa İnvestisiya Bankı (AİB) və Avropanın Yenidənqurma və İnkişaf Bankı (AYİB) vasitəsilə Rusiyada heç bir yeni layihənin maliyyələşməsinə icazə verməyəcək.
Sözügedən mövzu ilə bağlı qəti qərar verilməsə də, Rusiya hökumətinin o qədər çox vaxtı qalmayıb. Çünki həftə sonuna kimi atəşkəsin əldə olunması və münaqişənin səngiməsi ilə bağlı yeni addımlar atılmasa, qərar qüvvəyə minə bilər.
Lakin AYİB-də səlahiyyətli və etibarlı mənbədən alınan məlumata görə, onlar Rusiyaya maliyyələşmənin dayandırılması fikri ilə razı deyillər. Həmçinin AYİB vasitəsi ilə Rusiyaya qarşı tədbir görülməsində müəyyən çətinliklər yarana bilər. Belə ki, sözügedən dövlət bu bankın 64 səhmdarlarından biridir.
Qeyd etmək istərdik ki, keçən ilki rəqəmlərə əsasən AYİB tərəfindən Rusiyaya 1,8 milyard, AİB tərəfindən isə 1 milyard dollardan artıq borc vəsaiti verilmişdir.
Ukraynada Rusiya yönümlü separatistlər və hökumət qüvvələri arasında aylardı davam edən münaqişə nəticəsində yüzlərlə insan həlak olmuşdur və Aİ də öz növbəsində bu proseslərin sonlandırılması üçün rəsmi Moskvaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq etmək niyyətindədir.
Bu günə kimi tətbiq sanksiyalardan biri 60 Rusiya və Ukrayna vətəndaşının Aİ-yə səyahət etmə qadağası, digəri isə Krımda yerləşən 2 enerji şirkəti ilə bütün iqtisadi əlaqələrin kəsilməsi idi.
Hal-hazırda isə Aİ daxilində sanksiyalarda daha da irəli getmək mövzusunda müəyyən fikir ayrılıqları mövcuddur. Çünki 28 üzv dövlətlərdən bəziləri Avropanın əsas enerji təchizatçısı ilə üz-üzə gəlməyin yaxşı fikir olmadığını düşünürlər.
Sanksiyalarla bağlı müzakirələr
İyulun 1-i Aİ rəsmilərinin görüşü zamanı Rusiyaya qarşı yeni sanksiyaların tez bir zamanda həyata keçirilməməsi və növbəti həftə Ukrayna tərəfi ilə görüşdən sonra qərar vermənin mümkünlüyü qərara alındı. Müzakirələrlə bağlı əsas qərarın isə iyulun 16-sı tarixində veriləcəyi gözlənilir.
Artıq Rusiya və Ukrayna xarici işlər nazirləri münaqişənin həll yolu istiqamətində irəliləyiş əldə edilməsi üçün Berlində görüşmək qərarına gəliblər.
AYİB-dən daxil olan məlumata əsasən ötən həftə bankın 7 əsas səhmdarı arasında müzakirə aparıldıqdan sonra Rusiya məsələsi ilə bağlı yeni bir addım atılmayacağı qərarına gəlinib.
«Bizim səhmdarlar Rusiyaya maliyyə vəsaiti verilməsini dayandırmaq istəmirlər. May ayında keçirilən hesabat xarakterli görüşün yekunu olaraq deyə bilərəm ki, bu fikirlər bağlı hələ ki heç bir dəyişiklik yoxdur.» deyə AYİB-in sözçüsü məlumat verib.
Nə AİB, nə də ki AYİB Rusiyaya qarşı yeni maliyyə vəsaiti ayrımı haqda rəsmi fikir bildirməyiblər.
Avropa Komissiyası tərəfindən bu il atılacaq addımlar ilə əlaqəli hazırlanan hesabat sənədində AİB-in Rusiyaya maliyyə vəsaiti ayrımının dayandırılması mümkün addım kimi qeyd edilmişdir.
«Reuters» xəbər agentliyinin məlumatına əsasən qeyd olunan sənəddə «inkişafa yardım məqsədi ilə AYİB və AİB tərəfindən Rusiyaya maliyyə vəsaiti ayırımının azalması/dayandırılması» ilə bağlı müddəa mövcuddur.
AİB sözcüsü öz növbəsində «AİB Avropa İttifaqı Bankıdır və Aİ-nin qərarlarına əsasən hərəkət edəcək» - deyə mətbuata açıqlama vermişdir.
Avropa Komissiyası sözçüsü isə məsələ ilə bağlı heç bir dəqiq fikir səsləndirə bilməyəcəyini vurğulamışdır.