Kreml Kiyevi vurmaqla hədələdi
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
11:08 | 5 iyul 2014 | Şənbə
Məqaləyə 1523 dəfə baxılıb
Şriftin ölçüsü
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
PUA zərbələri güclü yanğına səbəb oldu
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Ukrayna prezidenti Petro Poroşenko Ukraynadakı münaqişə ilə bağlı danışıqlar üçün yeni məkan təklif edib. Lakin hələ ki, Poroşenko qarşı tərəfdən cavab gözlədiyini qeyd edib. Məlumatı «Reuters» xəbər agentliyi yayıb.
İyulun 4-ü Ukrayna prezident administrasiyasının verdiyi məlumata görə, Poroşenko separatistlər və Rusiya tərəfi ilə müzakirələr aparmaq məqsədi ilə birgə keçirilə biləcək görüşün mümkünlüyü haqda Aİ-nın xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eştona (Catherine Ashton) məlumat verib. Ukraynanın sabiq prezidenti, Rusiyanın Kiyevdəki fövqəladə və səlahiyyətli səfiri, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndələri münaqişənin yekun həll yolunun tapılması üçün vasitəçilik etməyə hazır olduqlarını bildirmişlər.
«Ukrayna ikitərəfli görüş üçün yer və vaxt təklif edib, hal-hazırda qarşı tərəfin cavabını gözləyirik», - deyə Ukrayna prezident administrasiyası nümayəndələri bildirmişlər.
Separatçıların Poroşenkonun sərhəd məntəqəsinin təhvili ilə bağlı tələbinə imtinasından sonra, ölkə ərazisində elan olunan atəşkəs ləğv edildi. Lakin buna baxmayaraq, alman kansleri Angela Merkel, Fransız prezidenti Fransua Olland və Rusiya prezidenti Vladimir Putin Poroşenkoya atəşkəsin davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Terroristlərin zərərləşdirilməsi
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andriy Parubiy mətbuata verdiyi açıqlamalarda Ukrayna tərəfinin artıq «B» planına keçid edərək, separatçı qüvvələrin mövqelərini ağır silah və artilleriyadan atəşə tutduqlarını bildirib. Onun sözlərinə əsasən, birtərəfli atəşkəs bitdikdən sonra, Ukrayna tərəfi 17 kəndi öz nəzarəti altına almışdır. Ümumilikdə Luqansk və Donetsk vilayətlərində 36 məntəqədən 23-ü Ukrayna tərəfinin nəzarəti altındadır.
«Luqansk və Donetsk bölgələrində terroristlərin zərərləşdirilməsi prosesi hələ də davam edir. Üsyançı qüvvələrin bu qədər müddət ərzində təslim olmamalarının səbəbi isə Rusiya tərəfinin onları mütəmadi silah-sursat və hərbi texnika ilə təmin etməsidir», - Parubiy mətbuat konfransında bildirmişdir.
Parubiy əlavə olaraq qeyd etmişdir ki, Rusiyayönümlü separatçılar həm Rusiya tərəfindən, həm də ölkənin daxili ərazilərindən gələrək üsyançıların ordusuna qoşulurlar.
Ukrayna tərəfi israrla Rusiyanın üsyançılara yardım etdiyini vurğulasa da, rəsmi Moskva bu ittihamları qəbul etməkdən boyun qaçırır. Lakin bu danılmaz faktdır ki, Rusiya Krım yarımadasını mart ayında işğal edib və bu proses Ukrayna tərəfini öz sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqların yaranmasına səbəb olur. Bəzi separatçılar və millətçilər Krımın rəsmən Rusiyaya birləşdirilməsi üçün Putindən əraziyə qoşun yeritməsini xahiş ediblər, ancaq Qərbin tətbiq etdiyi sanksiyalardan ehtiyatlanan Rusiya prezidenti bu addımı atmaqdan boyun qaçırıb.
Atəşkəs bitdikdən sonra davam edən döyüşlər nəticəsində onlarla Ukrayna ordusu əsgərinin öldürüldüyü bildirilir. Ukraynanın terrorizmə qarşı mübarizə komitəsinin sözçüsünün verdiyi məlumatlara əsasən, ordu artıq separatistlərin 6 mövqeyini və Nikolayevka şəhərini mühasirəyə almışdır. Davam edən döyüşlər nəticəsində 4 əsgərin yaralandığı qeyd edilir.