
“İsa Qəmbər razılaşmanı pozdu”
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
Siyavuş Novruzov: «İsa Qəmbəri nə qədər üfləsələr də, şişə bilmir»
Araz Əlizadə: «AXCP-Müsavat cütlüyü ümidlə yaşayır»
İsa Qəmbər 4 iyun qiyamının yatırılmamasını Elçibəyin üzərinə yıxdı
«Hakimiyyətin ssenarisi» iddiasını özüm üçün təhqir hesab edirəm
«ABŞ-ın çox yüksək dairələrində Bütöv Azərbaycan məsələsi ilə maraqlanırlar» - III (sonuncu) hissə
«…biz gərək partiyaya başqanlığına Arif Hacılını deyil, Yaşar Türkazəri seçəydik» (II hissə)
«Tofiq Yaqublu kimi bir şəxsi Divanda uşaq kimi danlayıblar»
«İsa Qəmbər səsini əvvəlcədən bəyan eləmişdi» (I hissə)
«Təqibdən-təzyiqdən qorxsaydım, geri dönməzdim»
Ellada Məmmədli: «İsa Qəmbər közərən pambığı alışdırmağa qadirdir»
Partiya sıralarını könüllü tərk etmiş müsavatçı xanım etiraz etdi
Müsavatçılar necə aldadıldı?
«İsa Qəmbərin Hüseyn Məliki partiyadan uzaqlaşdırmaq fikri olmayıb. Əgər başqanın müşavirlərdən kimisə çıxarmaq fikri olsaydı, o qədər yaramaz işlərlə məşğul olanlar var ki, onları çıxarardı, Hüseyn Məliki yox». Bunu azvision.az-a açıqlamasında Müsavatın Divan üzvü Tural Abbaslı Müsavat Partiyasının başqanı İsa Qəmbərin, müşaviri Hüseyn Məliki vəzifəsindən uzaqlaşdırmasına aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, Hüseyn Məlikin Müsavat Partiyasında böyük rolu olub: «O, öz facebook hesabından partiyadakı fəaliyyətini dayandırdığını bildirib. «Facebook» bir rəsmi qurum sayılmadığı üçün yəqin ki, Hüseyn bəy özü partiyaya, ya rayon təşkilatına, ya divana dəvət olunacaq və bu barədə soruşulacaq. Bu, Hüseyn bəyin öz qərarıdır, amma mən bir divan üzvü kimi bunu istefa kimi qəbul etmirəm. Çünki partiyanın nizamnaməsində qeyd olunurdu ki, partiyadan istefa ya şifahi şəkildə, ya da yazılı şəkildə bildirilməlidir. Amma nizamnamədə qeyd olunmur ki, sosial şəbəkədən istefa verilə bilər. Belə bir ifadə yoxdur deyə, Hüseyn bəyin bu fikrini rəsmi qəbul etmirik».
T.Abbaslı qeyd edib ki, H. Məlikinin partiyada fəaliyyətinin dayandırmasına səbəb olmayıb: «Onun partiyadan uzaqlaşdırılmasına elə bir səbəb yoxdur. Bu mənim fikrimdir, amma yəqin ki, onun özünün səbəbləri var. Hüseyn bəyin insanlarla xoş münasibətləri olub, istər müttəfiqləri ilə, istərsə də opponentləri ilə çox yaxşı əlaqələri olub. Hüseyn bəy ümumiyyətlə, aqressiv, hamıya düşmənçilik edən insan deyil ki, belə bir səbəblərdən istefa versin.
Mən çalışacağam ki, Hüseyn bəylə görüşüm, onunla eyni rayon təşkilatında təmsil olunuruq. Hüseyn bəylə dostluğumuz var, birliyimiz var, onunla bu barədə danışacağıq. Güman edirəm ki, Hüseyn bəy partiyada qalacaq və fəaliyyətini davam etdirəcək»..
T. Abbaslının sözlərinə görə, İsa Qəmbərin Hüseyn bəyi partiyadan uzaqlaşdırması haqqında yayılan məlumatlar doğru deyil: «Mətbuatda yayılanlar yalandır. Başqanın müşavirələri arasında partiya üçün ən böyük işləyən və ən çox xeyir gətirən müşavirlərdən biridir. Əgər başqan çıxardası olsaydı, hansısa yaramaz fəaliyyətinə görə, kifayət qədər müşaviri var idi, nəinki Hüseyn bəy. Onun müşavirlikdən uzaqlaşdırılması ilə bağlı İsa bəyin fikri olmayıb. Əgər belə bir şey olsaydı, rəsmi bəyanat şəkildə mətbuatda məlumat yayılardı ki, Isa bəy filan müşavirini vəzifəsindən azad etdi».
Xatırladaq ki, tanınmış filosof Niyazi Mehdi də bir neçə gün öncə Müsavatdan istafa verdiyini bəyan etmişdi.
***
11:02
Müsavat başqanının müşaviri Hüseyn Məlik partiyadan gedib.
«Qafqazinfo» xəbər verir ki, o, bu barədə “Facebook” hesabında məlumat yayıb: «2003-ildən hal-hazıra qədər Müsavat Partiyasının üzvü olduğumdan qürur hissi duyduğumu, bu andan etibarən Partiyada fəaliyyətimi dayandırdığımı bəyan edirəm.
Partiya ilə əlaqələrimin yenidən qurulmasının mümkünlüyünü qurultayın qərarından asılı olacağını bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram»