Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:00 | 31 avqust 2014 | Bazar
Məqaləyə 1402 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın Tver bölgəsində təşkil edilmiş «Seliger-2014» gənclik forumunda danışan Rusiya dövlət başçısı Vladimir Putin Qərb ölkələrinə Rusiyanın nüvə gücünü xatırladıb və «Bizimlə qarşıdurmaya girməmək ən yaxşısı olar» deyə təhdidedici mesaj göndərib.
Rəsmi Kiyevi Cənub-Şərqi Ukraynada Donbas nümayəndələri ilə müzakirələrə başlamağa məcbur etməyin lazım olduğunu ifadə edən Putin «Müasir mədəni qaydalar çərçivəsində insanların qanuni hüquqları və maraqları nəzərə alınmalı» deyərək bunun ardından təhlükəsizlik və sərhəd məsələlərinin daha asan danışılacağını qeyd edib.
Rusiya dövlət başçısı ölkəsinin qarşıdurmalara girmək istəmədiyini və planlaşdırmadığını, ancaq bütün hücumları dəf etməyə hazır olduğunu açıqlayıb.
Putin kimsənin Rusiya ilə qarşıdurmaya getməyi ağlının ucundan keçirəcəyinə inanmadığını deyib: «Rusiya hər hansı böyük bir qarşıdurmaya girməkdən uzaqdır. Bunu istəmirik, bunu etməyi də düşünmürük, lakin buna baxmayaraq hər zaman Rusiyaya qarşı bütün hücumları dəf etməyə də hazırıq. Ölkələr nə vəziyyətdə olursa olsun, hansı xarici siyasət anlayışına uyğunlaşırsa uyğunlaşsın, hər zaman bizimlə qarşıdurmanın onlar üçün pis olacağını bilmələri lazımdır. İndiki vaxtda Rusiyaya qarşı böyük bir qarşıdurma başlamaq fikrinin kimsənin ağlının ucundan belə keçmədiyini düşünürəm».
Putin Rusiyanın dünyanın ən güclü nüvə dövlətlərindən biri olduğunu da xatırladıb. O, ABŞ və Avropa ölkələrinin Ukraynada iqtidarın zorla dəyişdirilməsinə siyasi dəstəyinin və iştirakının ölkə xalqının narazılığına yol açdığını qeyd edib. Rusiya lideri «İndi Cənub-Şərqi Ukraynanın bu narazılığı döyüş təyyarələri, toplar, raket və tanklarla kobudcasına basdırılmaya çalışılır» deyə bildirib.
Rusiya dövlət başçısı «Əgər müasir Avropa dəyərləri budursa, onda mən gözləmədiklərimi yaşayıram» deyə bildirib.