Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:42 | 5 sentyabr 2014 | Cümə
Məqaləyə 2538 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Ukrayna ordusu ölkənin şərqində Rusiya qüvvələri və separatçılarla döyüşlərdə ağır itkilər verməkdə davam edir. Virtualaz.org xəbər verir ki, döyüşlərdə ilk dəfə «Smerç» reaktiv yaylım atəşi sistemlərinin tətbiq olunduğu, nəticədə Ukraynanın özünümüdafiə batalyonunun çoxsaylı itkilər verdiyi açıqlanıb.
Donetsk vilayətinin Dmitrovka qəsəbəsi ətrafında mövqe tutan «Kiyev-12» batalyonunun komandir müavini, podpolkovnik Anton Şapoval Kiyev Şəhər Şurasının iclasında çıxışı zamanı bu haqda bildirib.
O deyib ki, batalyon Luqansk ətrafından Dmitrovka qəsəbəsinə geri çəkilib. Bu gecə saat 3 radələrində batalyonun düşərgəsi «Smerç» sistemləri ilə atəşə tutulub.
«Bizim batalyonu hər şeyi məhv edən və yandıran «Smerç» sistemləri ilə atəşə tutdular, nə qədər itki olduğu dəqqi məlum deyil. Ancaq itkilər həddən artıq çoxdur. Mən panika yaratmamaq üçün rəqəm açıqlamaq istəmirəm» - deyə podpolkovnik bildirib.
A.Şapovalın sözlərinə görə, batalyonun düşərgəsi tamamilə dağıdılıb, bütün əmlak və çadırlar məhv olub, batalyonun bütün texnikası və əşyalar sıradan çıxıb.
Podpolkovnik batalyonun şəxsi heyətinin qalan hissəsinin hərbi əməliyyatlar zonasında qaldığını bildirib.
Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə bilinən «Lifenews» kanalı isə Luqansk vilayətinin Starobeşevsk rayonu çöllərində mühasirəyə düşmüş iki Ukrayna batalyonunun necə darmadağın edildiyini əks etdirən dəhşətli kadrlar yayıb.
Kadrlarda «Donbass» və «Dnepr» batalyonlarının bütün zirehli texnikasının-onlarla tankın, BMP-nin, digər nəqliyyat vasitələrinin necə məhv edildiyi əks olunur. Kadrlar ötən həftə sonu gedən döyüşlərdən sonrakı mənzərəni əks etdirir. Reportajda göstərilir ki, həmin döyüşlərdə azı 400 Ukrayna əsgəri həlak olub, 200-dən çoxu yaralanıb. Həlak olanların cəsədlərinin çoxu hələ də çöllərdədir.
Xəbərdə bildirilir ki, cəsədləri toplayan yoxdur. Ukrayna ordusunun cəsədləri toplamağa rəhbərlik edən polkovniki isə ağlını itirib və ona təcili yardım lazım olub.