Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:45 | 23 noyabr 2014 | Bazar
Məqaləyə 1367 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vladimir Putin ömürlük prezident olmaq fikrində olmadığını, bunun Rusiya üçün ziyanlı ola biləcəyini bəyan edib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, V.Putin bu fikirlərini TASS-ın «Birinci şəxslər» adlı xüsusi layihəsi çərçivəsində sualları cavablandırarkən dilə gətirib. Bununla belə V.Putin prezidentliyə namizədliyini 2018-ci ildə də irəli sürəcəyini istisna etməyib.
V.Putin ona ünvanlanan «ömürlük dövlət başçısı qalmaq istəyirsinizmi, belə fikriniz varmı» sualına belə cavab verib: «Yox. Bu, düzgün deyil, ölkəyə də ziyandır, mənə də gərək deyil. İndi elə vəziyyətdəyəm ki, heç nəyi gizlətmək mümkün deyil. Yox, söhbət yorğunluqdan da getmir. Mən reallıqlardan çıxış edirəm. Nəyinsə quyruğundan bərk-bərk, dördəlli yapışmağın heç bir mənası yoxdur. Mən Rusiyaya səmimi şəkildə xidmət etdim və edirəm. Özümü ifadə və realizə etmək üçün əlimdən gələni edirəm. Amma təkrar edirəm, nədənsə bərk-bərk yapışmaq həm ziyanlıdır, səmərəsizdir, həm də maraqsızdır».
Putin deyib ki, Rusiya konstitusiyası ona namizədliyini yenidən irəli sürmək imkanı verir: «Bəli, namizədliyimin yenidən irəli sürülməsi imkanları və ehtimalı var. Konstitusiya mənə belə bir imkanı verir. Lakin bu, o demək deyil ki, mən belə bir qərarı mütləq qəbul edəcəyəm. Bu barədə düşünmək hələ tezdir. Vaxtı çatanda ümumi kontekstdən, ölkənin maraqlarından çıxış edəcəyəm və öz əhval-ruhiyyəmdən asılı olaraq nəsə bir qərar verəcəm. Yəni prezidentliyə namizədliyimi yenə irəli sürüb-sürməyəcəyimi hələ heç özüm də bilmirəm».