Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:52 | 18 dekabr 2014 | Cümə axşamı
Məqaləyə 1388 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Bu ilin noyabr ayında Rusiya əhalisinin real gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, ilin əvvəlindən bəri isə 0,3 faiz azalıb.
APA-nın «Vedomosti»yə istinadən verdiyi məlumata görə, bu rəqəmi Rusiya Federal Dövlət Statistika Xidməti açıqlayıb.
İnflyasiya noyabrda 9,1 faiz təşkil edib. Oktyabr ayı ilə müqayisədə noyabrda inflyasiyanın artım tempi 1,6 dəfə sürətlənib. Dekabrın 15-nə inflyasiya artıq 9,7 faiz təşkil edib və son həftə ərzində 0,4 faiz yüksəlib.
Sutkalıq orta qiymət artımı dekabrın ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çox olub. Devalvasiya ilə əlaqədar əhali öz rubl əmanətlərini xilas etməyin yolu və ehtiyat tədbir kimi kütləvi alışlara yönəlib. Belə ki, qeyri-ərzaq pərakəndə satış həcminin artımı noyabrda 4,8 faiz təşkil edib, oktyabrla müqayisədə noyabrda avtomobil satışı 8,5 faiz artıb və avtodilerlər bütün ehtiyatlarını realizə ediblər.
«Brokerkreditservis» Maliyyə Qrupunun (FQ BKS) baş iqtisadçısı Vladimir Tixomirov real gəlirlərin azalması tendensiyasının güclənərək davam edəcəyini bildirib. Səbəb inflyasiyanın sürətlənməsi, dövlət sektorunda əməkhaqqı artımının dayanması, əmək haqlarının indeksləşdirilməsi templərinin azalması və iqtisadiyyatın resessiyasıdır. V. Tixomirov qeyd edib ki, 2009-cu il böhranında dövlətin ehtiyatı var idi və hökumət həm rublu, həm də əhalini dəstəkləyərək böhrandan çıxa bilmişdi. Lakin indi vəziyyət fərqlidir və pul yoxdur.
Dünya Bankı xəbərdarlıq edib ki, 2015-ci ildə neftin qiyməti 70 dollardan çox olmasa, Rusiya iqtisadiyyatı qapalı dairəyə düşə bilər. Belə ki, resessiya (istehsalın və iqtisadiyyatın artım tempinin yavaşlaması) nəticəsində əhalinin gəlirləri və istehlakı azalacaq, istehlakın azalması isə öz növbəsində resessiyaya aparacaq.