Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:51 | 31 yanvar 2016 | Bazar
Məqaləyə 1938 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya hərbi təyyarəsinin sərhədi pozması ilə bağlı Moskvaya etdiyi xəbərdarlıqdan sonra Türkiyə Silahlı Qüvvələri »hər an hər şeyə hazır olmaq» mənasını verən «Narıncı» həyəcan səviyyəsi elan edib.
Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının Amasya, Ankara, Balıkesir, Diyarbakır və Malatyada yerləşən hərbi bazalarına əmr verilib ki, sərhəd pozuntusu zamanı istənilən hədəf əmr gözləmədən məhv edilsin.
Bundan başqa, «Narıncı» həyəcan səviyyəsi elan edildikdən sonra Diyarbakırdakı aviabazaya çox sayda F-16 qırıcısı göndərilib.
Daha əvvəl isə R.T.Ərdoğan Rus döyüş təyyarəsinin Türkiyə hava sərhədini pozması ilə bağlı açıqlama verərkən xəbərdarlıq edib ki, Rusiya bu cür sərhəd pozuntularını davam edərsə, nəticələri ilə üzləşmək məcburiyyətində qalacaq.
«Dünən hava məkanımız Rusiyaya məxsus təyyarə tərəfindən pozulub. Böhranın daha da dərinləşməsinə hesablanmış bu cür məsuliyyətsiz addımlar nə Rusiyaya, nə NATO-Rusiya münasibətlərinə, nə də ki regional və qlobal aləmə lazım deyil, onlar yalnız zərər gətirir. Dünən bu fikirlər Rusiyanın Ankaradakı səfirinə çatdırılıb. Mən, həmçinin, XİN rəhbərinin müavinindən Rusiya tərəfi ilə əlaqə saxlayaraq hörmətli Vladimir Putinlə şəxsən danışmaq istədiyimi bildirməsini xahiş etdim. Səfirimizin məlumatına görə, Rusiya tərəfi bu barədə məlumatlandırılıb, lakin hələ cavab almamışıq», - deyə Ərdoğan bildirib.
Ötən gün 11:46 radələrində Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus SU-34 qırıcı təyyarəsi Türkiyə hava məkanını pozub. İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.
«Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz halların məsuliyyəti tamamilə Rusiyanın üzərinə düşəcək. Bu, Rusiyanın iki ölkə arasındakı böhranın daha da dərinləşməsini istəməsinin aşkar göstəricisidir», - deyə XİN-nin bəyanatında bildirilir.
Məlumatda qeyd olunur ki, insident dünən saat 11.46 radələrində qeydə alınıb. Türkiyə hava məkanını pozan Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.
Rusiyanın Müdafiə Nazirliyi isə SU-34 təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair məlumatı təkzib edib.