Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
01:12 | 24 oktyabr 2016 | Bazar ertəsi
Məqaləyə 2191 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Qazaxıstan «Oyuncaqların təhlükəsizliyi» AvroAzEs texniki normasını tətbiq etmək, oyuncaqları psixoloji-pedaqoji ekspertizadan keçirmək istəyir. Əgər bu norma qəbul olunsa, Avro-Asiya Birliyinə üzv ölkələrdə bütün oyuncaqlar satışa yalnız «psixoloji-pedaqoji təhlükəsizlik kriteriyaları əsasında» buraxılacaq.
Bu, oyuncaq istehsalçıları və satıcıları üçün nə deməkdir?. Currenttime.tv bu suala cavab axtarıb.
Bu o deməkdir ki, «uşaqları aqressiv davranışa təhrik edən, oyunun personajlarına qəddar münasibət göstərməyə çağıran» oyuncaqların satışı qadağan ediləcək.
«Ehtiyatla seçim edirik»
Qadağa altına bu oyuncaqlar düşə bilər:
Balaca Yamin hər gün sevimli gəlinciyini yuyundurur. Bu ondan ötrü, sadəcə, oyuncaq deyil, xəyalındakı qızıdır. Anası Alma deyir ki, ailədə oyuncaq seçəndə ehtiyatlı olurlar, ona görə də onların sayı çox deyil.
«Oyuncaq mağazasına gedəndə ehtiyatla seçim edirik. Oyuncaqların çoxu qorxulu görünür, hətta mən belə qorxuram, o da qala uşaq ola», – Alma Ayaqanova deyir.
«Antoşka» oyuncaq mağazasından deyirlər ki, müasir valideynlər oyuncaq seçimində çox məsuliyyətli davranırlar. Əksəriyyət zəkanı inkişaf etdirən oyuncaqlara, konstruktorlara, plastilinə üstünlük verir. Mağazadan deyirlər ki, məşhur cizgi film qəhrəmanları artıq ən çox satılanlar reytinqində öndə deyil.
«Monster High»ın qəhrəmanları, bu cizgi filmi məşhur olanda oyuncaqlarını tez-tez və həvəslə alırdılar», «Antoşka»nın satış şöbəsinin müdiri Diana Apayeva deyir. Əlavə edir ki, artıq bu oyuncaqlar dəbdə deyil və nadir halda alınır.
Bəs bu «qorxulu» oyuncaqlar valideynlərin xoşuna gəlirmi?
Diana Apayeva deyir ki, bəzi valideynlər oyuncağa çox həssas yanaşır, ancaq bəziləri də hesab edirlər ki, oyuncaq əsas uşağın xoşuna gəlsin.
Əgər bu norma qəbul edilsə, onda bir çox populyar cizgi filmi qəhrəmanlarının oyuncaqları mağaza rəfindən yığışdırılacaq.
«Uşaqda qeyri-sağlam maraq oyadır»
«Bəzi oyuncaqların zahiri cinsi orqanı var, bu isə uşaqda qeyri-sağlam maraq oyadır», - oyuncaqların psixoloji-pedaqoji ekspertizasını aparan Nurkan Sadvakasov deyir: «Ya da elə oyuncaq var ki, şir və ya timsah oyuncaq uşağın əlindən tutanda guya qan gəlir».
Nurkan Sadvakasovun sözlərinə görə, Qazaxıstanda oyuncaqların ekspertizası hələ 2008-ci ildə aparılıb.
«Biz eksperiment apardıq: oyuncaqlar aldıq və üç regionun komissiyasına payladıq. Onlar oyuncaqları yoxladıqdan sonra bizə öz rəylərini verdilər. Biz də bu rəy əsasında bu təklifi irəli sürmüşük».
Noyabrın 30-na qədər oyuncaqların təhlükəsizliyi ilə bağlı texniki reqlamentə düzəliş ictimai müzakirəyə veriləcək. Əgər qəbul edilsə, Rusiya, Qazaxıstan, Belorus, Tacikistan, Özbəkistan öz qanunvericiliyində dəyişiklik edəcək.
Satıcılar narahat deyil
Oyuncaq mağazaları qazax məmurlarının təşəbbüsündən xəbərdardırlar, ancaq narahat deyillər. Diana Apayeva deyir ki, XXİ əsrdə hər ay yeni cizgi filmləri, yeni qəhrəmanlar, yeni oyuncaqlar çıxır.
Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, yeni ekspertiza oyuncaqların maya dəyərini qaldıra bilər. Onlar həm də ekspertizanı aparan komissiyanın subyektiv yanaşmasından narahatdırlar.
Balacalar isə bu prosesdən xəbərsiz bir gün piştaxtadan yığışdırıla biləcək gəlinciklərlə, heyvanlarla, bədheybət oyuncaqlarla oynayırlar.