
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Bir sıra ölkələrdə media nümayəndələrinə müxtəlif imtiyazlar verilir. Məsələn, jurnalistlər ictimai nəqliyyatdan və digər ictimai yerlərdən istifadə üçün xüsusi güzəştlərə malikdirlər.
Belə güzəştlər vaxtilə Azərbaycanda da olub, söhbət keçmiş SSRİ-nin vaxtından gedir.
Bəs görəsən uzun illər əvvəl tətbiq olunan bu güzəşt yenidən qaytarıla bilərmi? Məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərə imtiyazların verilməsinə dair müxtəlif fikirlər səsləndirilir.
«Bir zamanlar nəinki jurnalistlər, cəmiyyətin bəzi digər nümayəndələri də imtiyazlardan istifadə edirdilər. Ancaq o imtiyazlar sonradan ləğv olundu. Bəzi ölkələrdə belə güzəştlərin tətbiqi jurnalistlərin çalışdığı müəssisələrin üzərinə düşür. Belə ki, jurnalistlərə metrodan və şəhərdaxili avtobuslardan istifadə etmək üçün kartlar verilir, hətta onlar avtomobillərlə təmin olunur. Belə güzəştlər dövlətin hesabına deyil, çalışdıqları redaksiyaların hesabına həyata keçirilir».
Deputatın sözlərinə görə, hazırki şəraitdə Azərbaycanda o qədər jurnalist var ki, onlar üçün güzəştlər tətbiq etmək çox çətindir, hətta mürəkkəbdir.
«Bu məsələni hansısa qurumun hesabına təşkil etmək mümkün olar. Ancaq bunun üçün həmin qurumlarla müzakirə aparmaq lazımdır. Belə qurumlara misal olaraq Həmkarlar İttifaqı Konfederasiyasını göstərmək olar. Təşkilatların özlərində də həmkarlar ittifaqları olur. Təşkilatlar Həmkarlar İttifaqından yığılan pullar hesabına bu məsələləri həyata keçirə bilər. Bu məsələni indiki şərait üçün müzakirə etmək lazımdır. Bu gün Azərbaycanda jurnalistlərin sayı kifayət qədər çoxdur. Hər gün yeni bir xəbər portalı yaradılır. Ona görə də məsələnin həlli üçün müəyyən mexanizm lazımdır. Hələ ki Azərbaycanda, bu mexanizm yoxdur».