vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 oktyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
Moldovada prezident seçkiləri 10:56 | 30 oktyabr 2016 | Bazar Məqaləyə 1675 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moldovada prezident seçkiləri

Burada da rusmeyilli ilə qərbmeyillinin mübarizəsi gedir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Moldovada prezident seçkiləri keçirilir. RİA Novosti-nin verdiyi məlumata görə, son 16 ildə ilk dəfə dövlət başçısı ümumxalq səsverməsi ilə 4 il müddətinə seçiləcək. Bundan əvvəl prezident parlamentdə seçilib.

Səsvermə məntəqələri yerli vaxtla saat 07.00 açılıb, saat 21-00-da bağlanacaq.

Moldovada 3,131 milyon səsvermə hüququ olan şəxs var. Prezident postu uğrunda 9 namizəd mübarizə aparır. Əsas mübarizənin Rusiya ilə yaxınlaşma tərəfdarı olan namizədlərdən sosialist İqor Dodon və Avropaya inteqrasiya tərəfdarı olan Fəaliyyət və Həmrəylik Partiyasının lideri Mayya Sandu arasında gedəcəyi ehtimal edilir. İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsinin, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.

Seçkinin ilkin nəticələri bazar ertəsi səhər saatlarında açıqlanacaq.