Kremldə “çatlar” dərinləşir
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
08:58 | 31 oktyabr 2016 | Bazar ertəsi
Məqaləyə 1047 dəfə baxılıb
Şriftin ölçüsü
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
PUA zərbələri güclü yanğına səbəb oldu
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiyanın Suriyada prezident Bəşər Əl-Əsədə dəstək olaraq hərbi hava hücumları kampaniyası başlamasından öncə, bir çox suriyalı Moskva və Dəməşq arasında uzun müddətdir mövcud münasibətlər nəticəsində biznes və ailə əlaqələri yarandığına görə Rusiyaya pənah gətirirdi. Bu yaxın əlaqələrə baxmayaraq, Rusiya dövlət orqanları yalnız iki suriyalıya qaçqın statusu verib və uşaqlar da daxil olmaqla minlərlə başqa şəxsi təkcə müvəqqəti hüquqi statusla təmin ediblər.
Rusiyanın Noginsk şəhərində xeyriyyə təşkilatlarının suriyalı qaçqınlar üçün açdığı bu məktəbdəki uşaqların ailələri Hələbdən Rusiyanın bombardman kampniyasını başlamasından öncə qaçıb.
«Onlar bunu bizimlə müzakirə etməkdən çəkinirlər. Ona görə də mən onların bu müharibə ilə bağlı nə düşündüklərini deyə bilmərəm. Mən onların xoşbəxt olduğunu fikirləşmirəm. Onların Suriyada ya xəbərsiz yoxa çıxan, ya da naməlum istiqamətdə qaçan qohumları var».
Müharibəyə baxmayaraq, hakimiyyət orqanları yeni gələnlərə qaçqın statusu verməkdən imtina edir.
«Müharibə dövründə qadınlar və uşaqlara müvəqqəti sığınacaq verilmir, eyni zamanda, bütün KİV-lər bizim Hələbi bombaladığımızı və qaçqınların əksəriyyətinin oradan gəldiyi haqda məlumat verir».
Buradakı qaçqınların çoxunun sənədi yoxdur və qanunsuz olaraq tikiş fabriklərində çalışır.
Rəsmilərdən qorxduqları üçün onlar uşaqlarını rus məktəblərinə göndərmir.
Hətta on illərdir Rusiyada yaşayan və Rusiya vətəndaşı olan suriyalılar da deyir ki, rəsmilər qaçqınların halına acımır.
«Öz aralarında bu insanlar gileylənmir, əksinə şükür edirlər. Amma rəsmilər onlarla pis rəftar edir. Bir sözlə, hazırda burada suriyalı olmaq çox çətindir».
Riyad Rusiyaya Hələbdən 1989-cu ildə köçüb və ölkə vətəndaşı olub.
Lakin müharibə başlayandan həyat yoldaşı da daxil olmaqla, onun ailə üzvlərinə müvəqqəti viza verilir.
«Sonra rəsmilər vizanın uzadılmasından imtina edib təklif etdilər ki, biz geri dönək. Biz isə müharibə gedən ölkəyə dönməyin qeyri-mümkün olduğunu dedik».
Riyad deyir ki, onun Hələbdəki evi dağıdılıb və bir əsgər oğlu öldürülüb.
Onun digər iki oğlu isə Almaniyada yaşamaq üçün başqa miqrantlarla birlikdə Türkiyədən Avropaya qayıqlarda təhlükəli səfər ediblər.
Ailənin ayrı düşməsinə görə Riyad Rusiya vətəndaşı olmasına təəssüflənir.
«Bizim bura xoşumuza gəlmir, çünki bura bizim ölkəmiz deyil. Biz anadan olduğumuz və böyüdüyümüz yerdə yaşamaq istəyirik. İcazə verin, müharibə davam edənədək burada qalaq. Bitəndən sonra isə biz ilk təyyarə ilə geri dönəcəyik».
Noqinskdəki bu suriyalı uşaqlar xeyriyyə təşkilatının idarə etdiyi məktəbin yaxınlığında oynayır.
Ancaq qış yaxınlaşır və məktəbdə mərkəzi istilik sistemi olmadığı üçün onların sinifləri başqa yerə köçürülə bilər.