
İslam bu deyil
Şəriət idarəçiliyi istəyənlər Əfqanıstanda yaşayarmı?
Şəriət idarəçiliyi istəyənlər Əfqanıstanda yaşayarmı?
Ən azı 500 ölü, 1000 nəfər yaralı var
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
76 nəfər öldü
Pakistanın iki əyalətində silsilə terror hücumları
Əfqan qadınlar “Taliban” qadağalarına meydan oxuyur
Pakistan Hindistanın döyüş təyyarələrini necə vurdu?
Tramp administrasiyası Hindistanı açıq dəstəkləyir?
BMT-dən Almaniyaya xəbərdarlıq
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Ötən il bu vaxt terrorçu siyahısında idi
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Dörd hökumət və polis məmuru həlak olub
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Əfqan «Mona Liza»sı kimi tanınan, ya da qaçqın Şərq qadınının üzü hesab olunan Şərbət Gulanı (Sharbat Gula) bu günlərdə şərti azadlığa buraxacaqlar. «Al-Jazeera», BBC, «CBSnews» və başqa aparıcı nəşrlərin məlumatına görə, Şərbət Gula azad olunsa da, onu 5 min dollara qədər cərimə və 14 illik həbs cəzası gözləyir. Gula Pakistanda saxta sənədlərlə yaşamaqda günahlandırılır.
Pakistanın Federal Araşdırma Agentliyi Gula və onun əriylə bağlı iki ildir tədqiqat aparıldığını bildirib.
«İttihamı ləğv edə bilmərik»
Şərbət Gulanı məşhurlaşdıran Stiv Makkari (Steve McCurry) adlı tanınmış fotoqrafın çəkdiyi şəkil olub. Pakistanda qaçqın düşərgəsində işləyərkən fotoqrafı gənc əfqan qızın yaşıl gözləri cəlb edib. 1985-ci ildə şəkli «National Geographic» jurnalının üz qabığında nəşr olunandan sonra Şərbət bütün dünyanı «fəth edib». Onun fotosunu insan mübarizəsini təcəssüm etdirən əsər kimi müxtəlif beynəlxalq təşkilatların nəşrlərində, plakatlarda və təqvimlərdə dəfələrlə çap ediblər.
18 ildən sonra fotoqraf bu qadını yenidən, bu dəfə Əfqanıstanın Tora-Bora dağlarında tapıb. Amma növbəti foto müharibə və mübarizələrdən əziyyət çəkmiş, vaxtından əvvəl qocalmış adi qadını əks etdirib. İndi isə hamı kimi, fotoqraf Stiv Makkari də Gulanın xəbərini Pakistan həbsxanalarından alıb.
Pakistanın daxili İşlər naziri Çaudri Nisar Əli Xan (Chaudhry Nisar Ali Khan) deyib ki, qadın olduğundan polis Gulanın işinə humanitar aspektdən baxmalıdır. Amma nazir dünyaca məşhur bu qaçqının üzərindəki ittihamı götürə bilməyəcəklərini vurğulayıb: «Biz ittihamı ləğv etsək, onu deportasiya etsək, yaxud Pakistandan çıxmasından ötrü ona müvəqqəti viza versək, ona bu saxta sənədləri vermiş rəsmilərə qarşı araşdırmadan imtina etmiş olarıq. Baş verənlərin əsl səbəbkarı həmin məmurlardır və onların məsuliyyətdən yayınmasına imkan verə bilmərik».
Vətəninə dönmək istəyirmiş
İndi Şərbət Gulaya saxta sənəd verməkdə şübhəli bilinən rəsmiləri axtarırlar. Şərbət Gulanın yaxınlarının dediyinə görə, o, son illər Əfqanıstana – vətəninə qayıtmaq istəyirmiş, amma ata yurdu olan kəndin İŞİD-in əlində olduğunu öyrənib. 2 oğlu və əri ilə əfqan qaçqınların məskunlaşdığı «Nasir Bagh» düşərgəsində yaşayırmış.
Fotoqraf Makkari Şərbət Gulanın məşhur fotosunu «Instagram» səhifəsində yerləşdirərək, ona və ailəsinə hüquqi və maddi yardım üçün əlindən gələni etməyə hazır olduğunu yazıb.
Şərbət Gula Sovet İttifaqı ordusunun Əfqanıstana müdaxiləsindən sonra ölkəni tərk edərək, digər milyonlarla həmvətəni kimi, Pakistanda sığınacaq tapmışdı. İndi Pakistan hökuməti ölkədə saxta sənədlərlə qalan qaçqınları sıxışdırır, əfqan qaçqınlarına isə vətənlərinə qayıtmaqdan ötrü 2017-ci ilin martına kimi vaxt verib.