Rusiyanın oylağı
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
15:10 | 7 noyabr 2016 | Bazar ertəsi
Məqaləyə 1153 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
Ermənistan məhsulları mərhələli şəkildə Rusiya bazarından sıxışdırılır
Rusiya Ermənistanın daha bir brend məhsuluna qadağa tətbiq etdi
Monteneqronun xüsusi dövlət prokuroru Milivoy Katniç bu kiçik Balkan ölkəsində son parlament seçkiləri zamanı Rusiyadan göndərilmiş diversantların hakimiyyəti devirmək planı barədə sensasion detalları açıqlayıb.
Virtualaz.org xəbər verir ki, prokuror ölkədə hakimiyyətin zorla devrilməsi cəhdinin arxasında «rus millətçilərinin» dayandığını, onların baş nazir Milo Cukanoviçi öldürməyi planlaşdırdıqlarını bəyan edib.
«Bu cinayətkar qruplaşmanın təşkilatçıları Rusiyadan olan millətçilərdir. Onlar hesab ediblər ki, Milo Cukanoviçin başçılıq etdiyi hökuməti seçki yoluyla dəyişmək mümkün deyil və onlar baş naziri silahla devirməlidir»-prokuror bildirib.
Milovoy Katniçin bildirdiyinə görə silahlılar baş naziri öldürməli və müxalifətə parlamenti tutmaqda kömək etməli idi. Plana əsasən baş naziri snayper aradan götürməliydi. Katniçin bildirdiyinə görə bu terror əməliyyatı üçün hazırlıqlar Monteneqro, Serbiya və Rusiya ərazisində aparılıb. Belə nəticəyə gəlməyə Monteneqro və Serbiya xüsusi xidmətlərinin araşdırmaları əsas verir.
Xəbər verildiyi kimi oktyabrın 27-də Serbiya hökumətinə yaxın mənbələr bu ölkə ərazisindən bir neçə Rusiya vətəndaşının terror aktları hazırlığına görə deportasiya edildiyini açıqlayıblar. Bu planın qarşısının alınmasında Serbiya və Rusiya xüsusi xidmət orqanlarının «uğurlu əməkdaşlığının» rolunun olduğu qeyd olunub. Ertəsi gün «Kommersant» yazıb ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu məsələ ilə bağlı Belqarda gedib və Rusiya-Serbiya münasibətlərində gərginliyin yaranmaması üçün səylər göstərib.
Monteneqroda parlament seçkiləri oktyabrın 16-da keçirilib. Həmin gün ölkə ərazisində 20 Serbiya vətəndaşından ibarət qrup həbs edilib. Məlumata görə silahlı qrup müxalifətin nümayişini gülləbaran etməliydi və nəticədə müxalifəti parlament binasını tutmağa qızışdırmalıydı.
Seçkilərdə 1991-ci ildən hakimiyyətdə olan Cukanoviçin partiyası yenidən qalib gəlib. Lakin Cukanoviç elan edib ki, baş nazir postuna bu dəfə namizədliyini irəli sürməyə bilər. Monteneqro hakimiyyəti qərbmeylli siyasət yürüdür və NATO-ya üzvlük üçün müraciət edib. Bu, Moskvada qəzəblə qarşılanıb. Hesab edilir ki, Rusiya kəşfiyyatı Cukanoviçi aradan götürməklə və onun hökumətini devirməklə bu ölkədə öz mövqelərini bərqərar etməyə çalışırdı.
Bununla belə Monteneqro hökuməti baş tutmayan çevriliş və sui-qəsd planına görə birbaşa Rusiyanı ittiham etməyib, məsuliyyəti hansısa «rus millətçilərinin» daşıdığını açıqlamaqla kifayətlənib.
Monteneqro Azərbaycanla investisiyalar sahəsində əməkdaşlıq edir və bir neçə il əvvəl SOCAR-a keçmişdə hərbi bazanın yerləşdiyi Kumbor adasını satıb. Ada daha sonra Azərbaycanın özəl şirkətlərindən birinə verilib və orada 500 milyon dollara lüks kurort kompleksi yaradılır.