
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
Bütün universitetlərin yataqxanası olmalıdır
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə hazırda Tehranda səfərdə olan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və İranın Mədəniyyət və İslam İrşadı Nazirinin müavini Hossein Entezami imza atıblar.
10 maddədən ibarət olan memorandumu imzalamaqla tərəflər razılığa gəliblər ki, onlar ölkələrində fəaliyyət göstərən media orqanlarını əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla, öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edəcəklər. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərininin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb.
Qeyd edək ki, İran Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə noyabrın 5-dən 9-dək İslam Respublikasında səfərdə olan MŞ sədri Ə.Amaşov bu gün İran mətbuatı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisi gedişində düzənlənmiş mərasimdə çıxış edib. O, bildirib ki, Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Bu münasibətlər qədim tarixə, xalqlarımız arasındakı mədəni yaxınlığa, adət-ənənə birliyinə söykənir. Azərbaycanın və İranın dövlət başçılarının görüşlərindən də bu məqam xüsusi vurğulanır. «Azərbaycan və İranın kütləvi informasiya vasitələri arasındakı əlaqələr hər zaman olub. İran və Azərbaycan jurnalistlərinin çoxsaylı qarşılıqlı səfərləri reallaşıb. Lakin biz daha geniş müstəvidə əməkdaşlıq qurmağı düşünürük. Bunun üçün kifayət qədər münbit zəmin, ən əsası möhkəm iradə var. İranın Azərbaycandakı Səfirliyi və Azərbaycan Mətbuat Şurası mövcud istiqamətdə birgə layihə reallaşdırmaqdadır. Layihə çərçivəsində İrandan Azərbaycana, Azərbaycandan isə İrana jurnalist səfərləri daha müntəzəm xarakter daşıyacaq. Eyni zamanda birgə konfrans və seminarların, sərhədyanı bölgələrdə görüşlərin, jurnalistlər arasında müxtəlif idman yarışlarının təşkilini nəzərdə tuturuq», - deyə Ə.Amaşov vurğulayıb.
MŞ sədri çıxışında dünyada baş verən proseslərin regiona təsiri üzərində də dayanıb. O bildirib ki, mövcud şəraitdə bölgə, xüsusən də İran və Azərbaycan jurnalistləri yalnız təcrübə mübadiləsi aparmamalı, habelə regionumuzun bu gününü və sabahını nəzərdən keçirməlidirlər. «Beynəlxalq miqyasda nəhəng media korporasiyaları var. Onlar dünya düzəninə böyük təsir göstərirlər. Bir çox hallarda birtərəfli münasibət formalaşdırırlar. İran da bu münasibətlə üzləşib, Azərbaycan da. Ümumən İslam dünyasına münasibətdə ənənəvi mənfi baxış mövcuddur. İslamafobiya var. Düşünürəm ki, media olaraq bizlər bu baxışa qarşı öz düşüncəmizi, haqq səsimizi ortaya qoymalıyıq. Zaman-zaman bunu edə bilməmişik. Əlbəttə, media prinsip etibarilə siyasətdən uzaqdır. Ancaq az əvvəl də qeyd etdim ki, dünyanın nəhəng media korporasiyaları da siyasətdən uzaq olduqlarını bəyan edərək dünyanın siyasi gündəminə təsir göstərirlər. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedir. Ümumən İslam coğrafiyasında münaqişəli bölgələr az deyil və bu bölgələrdə ədalət prinsipinə etinasız yanaşılır. Elə isə doğruları, ədaləti təbliğ edəcəyimiz platformaya ehtiyacımız var. Mövcud istiqamətdə fikir mübadiləsi aparmalıyıq, konkret nəticələr əldə etməliyik. Hesab edirəm ki, toplantımız həm də bu baxımdan əlamətdar olacaq və gələcək səmərəli əməkdaşlığa geniş imkanlar yaradacaq», - deyən deputat Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması ilə bağlı məqamlara toxunaraq fikrini əsaslandırıb.
Onu da qeyd edək ki, Ə.Amaşov İrana səfəri çərçivəsində bu ölkənin rəsmi şəxsləri, jurnalist təşkilatlarının nümayəndələri, media təmsilçiləri, habelə İran Parlamentinin deputatları ilə də görüşlər keçirib.