Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
20:41 | 12 noyabr 2016 | Şənbə
Məqaləyə 1212 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
«Moskovskiy komsomolets» qəzetinin saytından Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru, politoloq Valeriy Soloveylə müsahibə yoxa çıxıb. O, müsahibədə Rusiyada növbədənkənar prezident seçkilərinin keçiriləcəyindən, ölkə başçısı Vladimir Putinin «bəzi problemləri»ndən, buna görə də hakimiyyəti başqasına – varisinə ötürəcəyindən danışıbmış.
Politoloqun əvvəlcə müsahibəsi, sonra özü «yoxa çıxır»
Politoloq müsahibənin yoxa çıxması haqqında nəinki «Currenttime.tv»nin suallarını cavablandırmaqdan imtina edib, hətta təcili və bir neçə günlüyə Moskvadan gedib.
Vladimir Soloveyin Kremlin mətbəxi barədə yetərincə məlumatlı adam reputasiyası var. Bir misal: O, Prezident Administrasiyasının indiki rəhbəri Anton Vainonun bu vəzifəyə gətiriləcəyini öncədən söyləmişdi.
Politoloq indi nə deyib?
Solovey «Moskovskiy komsomolets» qəzetinə müsahibəsində deyib ki, Rusiya prezidenti gələn ilin yazında hakimiyyəti tərk edə və bu vəzifəni varisinə buraxa bilər. Politoloqun sözlərinə görə, Vladimir Putin-in növbədənkənar seçkilərə gedib-getməyəcəyi bu ilin dekabrında bilinəcək. O, indiki dövlət başçısının «hansısa problemləri» olduğunu, bu üzdən gələn il ictimaiyyət arasında aylarca görünməyəcəyini və ya nadir hallarda üzə çıxacağını iddia edir.
Politoloq təcili seçkilərin keçirilməsini iki il sonra ölkədə durumun daha da pisləşəcəyi ilə də əsaslandırır. Solovey-in dediyinə görə, güc strukturlarındakı kadr ehtiyatı, onların «barış siyasəti» aparmaq qabiliyyətinin olmaması Putin-i xəyal qırıqlığına uğradıb. Politoloqun daha bir iddiası da var: Rusiya prezidenti onun hakimiyyəti dönəmində ölkəsinin Qərblə münasibətlərinin yaxşılaşmayacağına artıq əmindir.
Varis kimdir?
Solovey Vladimir Putinin varisinin indiki baş nazir Dmitri Medvedev olacağını və onun bu rola hazırlaşdırıldığını söyləyir, amma güc qurumlarının «varis»in əleyhinə olduğunu bildirməyi də unutmur.
Varisliyə ikinci namizəd xüsusi xidmət orqanlarının 2008-ci ildə irəli çıxardığı, bir qədər öncə Prezident Administrasiyası rəhbərliyindən uzaqlaşdırılan Sergey İvanov ola bilər.
«Moskovskiy komsomolets» durumu necə açıqlayır?
Vladimir Soloveylə müsahibə elə yayıldığı günün birinci yarısındaca yoxa çıxıb. «Moskovskiy komsomolets»in baş redaktoru və təsisçisi Pavel Qusev «Cirrenttime TV»yə deyib ki, sözügedən müsahibənin mətnində «faktik yanlışlar» olub və onların aradan qaldırılması bir neçə gün vaxt aparacaq:
«Lütfən, unutmayın ki, «Moskovskiy komsomolets» özəl şəxsə məxsus tək federal qəzetdir və bu şəxs – Pavel Nikolayeviç Qusevdir. Bu qəzetlə bağlı hər şey - 100 faiz hər şey ona aiddir: nəşriyyat evi, bölgələrdəki, xaricdəki və hər yerdəki qəzetlər. O səbəbdən məni telefonla tapmaq çox çətindir».
Politoloq Şulmanın ehtimalları
Politoloq Yekaterina Şulman həmkarı Valeriy Soloveyin söylədiklərini doğru sayır. O, professorundaha öncə «Gazeta.ru»ya da eyniməzmunlu müsahibə verdiyini yada salır. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu professorunun «YouTube»da şəxsi kanalı da var. Çıxışlarını orda da yayır, üstəlik, «Facebook»da da yetərincə populyardır. Ancaq Şulmanın sözlərinə görə, çap mediası – qəzet bir başqadır, çünki onu daha çox metroda oxuyurlar.
Yekaterina Şulman deyir ki, Solovey artıq bir neçə dəfə Putinin «bəzi obyektiv səbəblərdən» 2018-ci ildəki seçkilərə qatılmayacağı haqda proqnozlar səsləndirib. Onun qənaətincə, buna Rusiya prezidentinin səhhəti səbəb ola bilər.
Şulmanın fikrincə, dövlət başçısının kadr yerdəyişmələrini bir neçə dəfə öncədən dəqiqliklə söyləyən professorun, çox güman, hakimiyyətdə öz qaynağı var. Həmin qaynaq da bəlli məqsəd gedə, verilən məlumatın ictimailəşməsini gözləyə bilər. Politoloq düşünür ki, hakimiyyətin və ya hakimiyyətdəki bir qrupun ictimai rəyə nələrisə ötürmək istəməsi mümkündür.