Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
12:10 | 17 noyabr 2016 | Cümə axşamı
Məqaləyə 2473 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
«The Guardian» yazır ki, Rusiya Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) tərkibindən çıxdığını elan edib. Buna səbəb bir gün əvvəl həmin məhkəmənin hesabatında Krımın ilhaqının işğal adlandırılması olub.
Rusiyanın birtərəfli qaydada çıxışı simvolik olsa da, soyqırım, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərin cəzalandırılması üçün yaradılmış qlobal mexanizmə güclü zərbə vurulub.
Məqalədə deyilir ki, son aylarda daha üç Afrika ölkəsi - Cənubi Afrika Respublikası, Burundi və Qambiya da BCM-in üzvlüyündən çıxmaq niyyətlərini bildiriblər.
Bundan əvvəl onlar şikayət etmişdilər ki, BCM əsas diqqətini, daha doğrusu cinayət təhqiqatlarını Afrika qitəsinə qarşı yönəldib.
Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkənin BCM-in tərkibindən çıxması üçün göstərişi prezident Vladimir Putin verib. O deyib ki, beynəlxalq tribunal beynəlxalq icmanın ona bəslədiyi etimadi doğrultmayıb.
Rusiya BCM-in əsas təsis sənədi olan Roma Konvensiyasını 2000-ci ildə imzalamışdı, lakin onu ratifikasiya etmədiyindən əslində heç bu məhkəmənin yurisdiksiyası altında deyildi. Bu isə onu göstərir ki, Moskvanın bu Konvensiyadan çıxması doğrudan da simvolik addımdır. Lakin bu çıxış praktikada çox şeyi dəyişəcək.
«Human Rights Watch» təşkilatından Tanya Lokşina deyib ki, Moskvanın bu addımı simvolik olsa da, Rusiyanın gələcək istiqamətini aydın göstərir.
«The Guardian» yazır ki, hələ ötən yanvarda Rusiyanın Xarici İşlər Nazirliyi belə bir addımın atıla biləcəyini bildirmişdi. Onda buna səbəb kimi məhkəmənin 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə münasibəti göstərilmişdi.
O vaxt Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiya bu məhkəmənin təməlinin qoyulmasında iştirak edib, lakin təəssüf, bu qurum ona bəslənən ümidləri doğrultmayıb və Rusiya Federasiyası BCM-lə münasibətlərinə yenidən baxacaq.
Lakin ötən çərşənbə axşamı BCM-nin açıqladığı hesabatda deyilirdi ki, qurum Krımın ilhaqını Rusiya tərəfindən törədilmiş işğal kimi qiymətləndirir.
Sənəddə bu da qeyd olunurdu ki, Krımın Ukraynadan qopardılmasında Rusiya hərbiyyəsi birbaşa iştirak edib. Halbuki Moskva daim Krım əhalisinin Rusiyaya könüllü birləşdiyində israr edir.
«The Guardian» yazır ki, Rusiyanın bu addımı onun hazırda Suriyada davam edən münaqişədəki iştirakı ilə bağlıdır, beləki artıq bir neçə nüfuzlu beynəlxalq təşkilat Rusiya hərbiyyəsinin Suriyadakı fəaliyyətinin araşdırılmasına çağırıb.
Məqalədə bu da qeyd olunur ki, BCM-in bütün cidd-cəhdlərinə baxmayaraq onun təməl Konvensiyasını ABŞ, Çin və əksər Yaxın Şərq ölkələri də ratifikasiya etməyiblər.
Bu Konvensiyanı əksəriyyəti kiçik olan 120 ölkə ratifikasiya edib.
BCM-in prezidenti - hakim Silvia Fernandez de Qurmendi bir sıra ölkələrin Konvensiyadan çıxmasını təəssüf doğuran hadisə adlandırıb.