Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:40 | 19 noyabr 2016 | Şənbə
Məqaləyə 2021 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Litva xəbərdarlıq edib ki, Donald Tramp ABŞ prezidenti olmasından bir neçə həftə əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nu sınaqdan keçirə bilər. Xarici İşlər naziri Linas Linkeviçyus deyib ki, o Baltikyanı dövlətlər və Suriyanın Hələb şəhəri üçün «çox qorxur».
Vaxtilə Sovetlər Birliyinin tərkibində olan Litva indi həm NATO, həm də Avropa İttifaqı üzvüdür. Ölkənin Rusiya ilə birbaşa quru sərhədi var.
Burda əsas narahatlıq ondan ibarətdir ki, ABŞ Rusiyanı potensial tərəfdaş kimi görmək istəyir və rəsmi Moskvanın hərbi təhlükəsi ilə bağlı Qərbi Avropanın baxışlarını bölüşməyə həvəsli deyil.
Litva xarici işlər naziri BBC-yə müsahibəsində deyib: «Rusiya super güc deyil, o super problemdir.»
Rusiya isə təkid edir ki, bu, təhlükə deyil və NATO-nu qərbdə, Rusiya sərhədlərinə hərbi qüvvələri yeridərək regional təzyiq yaratmaqda məsul olduğunu iddia edir.
Cənab Linkeviçyus deyib ki, seçilmiş prezident Donald Trampın yanvarda baş tutacaq inaqurasiyasına qədər olan zaman kəsiyini cənab Putin tərəfindən Qərb alyansının diplomatik qətiyyətini və hərbi hazırlıq səviyyəsini yoxlamaq üçün bir şans kimi görmə təhlükəsi var.
«Yeni rəhbərlik yanvarın ikinci yarısına qədər hakimiyyətə gəlmir», o deyib. «Mən bu zaman kəsiyinə yalnız onların bizə yaxın olduğuna görə qorxu və ya narahatlıq keçirmirəm, həm də ümid edirəm ki, o vaxta qədər Hələb şəhəri yer üzündən silinməyəcək».
Litva rəsmi Moskvanın Kalininqraddakı hərbi bazasını yenidən təchiz etməsini və gücləndirməsini həyəcan siqnalı kimi qeyd edir.
25 il bundan əvvəl, Vilnüsdə baş qaldıran sülh mitinqini dağıtmaq üçün Moskva ora öz tanklarını yeritmişdi.
Avropada isə söhbətlər gedir ki, Donald Tramp kontingentin siyasəti ilə bağlı «təlim» edilməyə ehtiyacı var. Lakin Litva rəsmiləri daha nəzakətli davranıb və bildiriblər ki, onlar cənab Trampın tezliklə öz administrasiyasını yaradacağına və Rusiyanı potensial tərəfdaşdan daha çox təhlükə olması fikirlərini bölüşəcəyinə ümid edirlər.