Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:23 | 22 noyabr 2016 | Çərşənbə axşamı
Məqaləyə 1011 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
«Mənim üçün azad, müstəqil və demokratik Azərbaycana növbəti dəfə səfər etmək böyük şərəfdir». Virtualaz.org-un müxbiri bildirir ki, bunu Amerikanın Bakıdakı səfirliyində keçirilən tədbirdə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brink deyib.
B.Brink qeyd edib ki, ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Dövlət Departamenti nümayəndəsinin sözlərinə görə, o bu gün Azərbaycanın rəhbərliyi, həmçinin vətəndaş cəmiyyətinin və müxalifətin nümayəndələri ilə görüşüb.
Görüşlərdə ReAL hərəkatının lideri İlqar Məmmədovun azad olunması məsələsi qaldırılıb, çünki, Bridcet Brinkin sözlərinə görə, ABŞ bu məsələni çox əhəmiyyətli hesab edir.
Bundan başqa, görüşlərdə korrupsiya ilə mübarizə, şəffaflıq və iqtisadi islahatlarla bağlı məsələlər müzakirə edilib. Bridcet Brink həmçinin Azərbaycan prezidenti İlham Əliyevin xarici qrantlar haqqında son fərmanını yüksək qiymətləndirib.
B.Brink Azərbaycana, Amerika demokratiyasının modelini nümunə gətirib və qeyd edib ki, ABŞ-ı söz, sərbəst toplaşmaq və dini azadlıqlar olmadan təsəvvür edə bilmir.
ATƏT-in Minsk Qrupunun həmsədri postunda Ceyms Uorlikin dəyişməsi məsələsinə toxunan Bridcet Brink onun diplomatik missiyasını yüksək qiymətləndirib və qeyd edib ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Onun sözlərinə, ABŞ münaqişənin nizama salınması üçün bundan sonra da səylərini əsirgəməyəcək.