Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:01 | 14 dekabr 2016 | Çərşənbə
Məqaləyə 689 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Sibir hüquq məktəbinin tələbələri, Rusiya pravoslav keşişinin mühazirələrdə iştirakı və vətənpərvər xarakterli nitqi, eləcə də prezident Vladimir Putini tərfiləməsindən şikayət ediblər.
Novosibirsk Hüquq İnstitutunun internet səhifəsinə əsasən, mühazirələr tələbələrin «mənəvi və əxlaqi təhsilinin» bir hissəsi kimi təşkil olunur və milli dəyərlər və tarix fənləri ilə bağlı narahatçılıqlara səbəb olub.
Mühazirələr, Novosibirsk Yeparxiyasının silahlı qüvvələr, hüquq-mühafizə orqanları və kazaklarla əlaqədar departamentinin başçısı arxiyepiskop Dmitri Poluşin tərəfindən oxunub.
İnstitut mühazirələrin könüllü olduğunu söyləsə də, tələbələr yerli Tayga.info xəbər səhifəsinə onun məcburi və bələdiyyə və əmək hüququ dərslərinin əvəzinə tədris olunduğunu bildiriblər.
Tələbələr deyiblər ki, mühazirələr daha çox tarixlə bağlı olsa da, Ukrayna ilə bağlı «iğtişaşlar» da daxil olmaqla indiki məsələlər və Rusiyanı gözləyən təhlükələrə də toxunulub.
Onlardan biri söyləyib ki, Dmitri Ata, «inqilab pisdir və Allah yaxşıdır dedi... O, əlavə etdi ki, biz əziz Çar atamıza, Putinə inanırıq. Torpağımız lənət hədəfidir və rahiblər bizi qoruyur».
Dmitri Ata özünü müdafiə edib və Tayga.info səhifəsinə bildirib: «Vətəni sevməyi onlara başqa kim deməlidir? Bunlar, yalnız mənəvi və əxlaqi formada qavranan anlayışlardır».
İnstitutun direktoru Lidiya Çumakova, Tayga.info səhifəsini vətənpərvər təhsili səhv anladığına görə ittiham edib. Xüsusilə də, gənclər arasında ekstremist ideyaların vüsət aldığı bir dövrdə.
O həm də vurğulayıb ki, vətənpərvərlik prezident Putinin əsas milli meyarlarından biridir.
2015-ci ilin sonunda Rusiya dövləti, «Rusiya Federasiyası vətəndaşlarının patriot təhsili» adlı proqramı təsdiqləyib. Proqram 2016 - 2020-ci illər arasında baş tutacaq.
Digər məsələlərlə yanaşı məqsəd, «Ata yurdun qorunması uğrunda gəncləri mənəvi, psixoloji və fiziki hazırlamaqdan ibarətdir».