Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:40 | 6 yanvar 2017 | Cümə
Məqaləyə 1277 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
2014-ci ilin əvvəlindən başlayaraq, Suriya ordusu və müttəfiq qoşunları yavaş-yavaş hərbi uğurlar əldə edirlər, lakin Hələbdə və ondan kənarda üsyançılar tərəfindən ciddi əks-hücumlarla qarşılaşırlar. Halbuki, Əsəd rejimi Rusiya müdaxilə edənəcən müxalif qoşunları Hələbdən kənarlaşdımağı bacarmırdı. Rusiyanın sahəsində müxalif qoşunlar Hələbdə məğlub edildi və şəhərin şərq hissəsindən çıxmağa razılaşdırıldı. Bəzi müşahidəçilərin fikrinə görə Hələbdə əsas qələbə çalan Rusiyadır, həmçinin İranın da bu qələbədə rolu olduğu bildirilir. Ancaq Hələbdə gedən döyüşlər Əsədin müttəfiqləri - Rusiya və İran arasında mübahisələr yaradıb, çünki İran narahatdır ki, Suriyada öz təsirini itirə bilər.
Rusiyanın Hələbə müdaxiləsi
2013-ci ilin sonundan başlayaraq, müxalif Azad Suriya Ordusu və radikal islamçı qruplar - İŞİD və Əhrər Əl Şəm arasında qarşıdurmalar alovlanmağa başladı. İki tərəf arasında münaqişələr Suriyanın Qərb hissəsindən tutmuş Şərq hissəsinə qədər geniş coğrafiyanı əhatə edirdi. Azad Suriya Ordusu bu toqquşmalarda xeyli itki verdi. Qarşıdurmalar Əsəd rejiminə tabe olan Suriya ordusu və müttəfiq qoşunların xeyrinə işlədi. Suriya ordusu Hələbə doğru irəliliyə bildi və Şimalda öz mövqeyini möhkəmləndirdi. Üsyançıların Hələbin cənubunda yerləşən strateji obyektləri vurmaqla hədələməsinə baxmayaraq, onlar Hələbin şimal və cənub cəbhələrindən geri çəkilməyə məcbur edildi. Rusiyanın müdaxiləsi bunu daha da sürətləndirdi.
Hələbdə İranın rolu
1979-ci il İslam inqilabından bəri Suriya İran üçün vacib müttəfiq olub və iki dövlət bir sıra məsələlər üzrə əməkdaşlığı inkişaf etdirib. Rəsmi Tehran Ərəb Baharını müsbət tərzdə qarşılamış və Tunisdən tutmuş Bəhreynə qədər ərəb ölkələrində baş verən inqilabları dəstəkləmişdi. Amma Suriya xalqının keçirdiyi etiraz mitinqlərini İsrailin təşkil etdiyini hesab etmişdi. İran aktiv şəkildə Suriyada münaqişəyə müdaxilə edir və İraqda və Əfqanıstandakı qoşunlarını Suriyaya göndərdi. Suriyada İran İslam Qvardiyasının hərbi əməliyyatları General Qasim Süleymanin başçılığı altında aparılır.
Hələb şəhəri nəzəratə götürüldükdən sonra İran Suriyada aparıcı rola sahib olduğunu sübut etdi. Lakin Hələb döyüşündə üzə çıxan bəzi insidentlər İranı narahat edir.
Birinci insident Rusiyanın Oktyabrda Hələb şəhərindəki hava hücumlarını dayandırmasıdır. Rusiya havada hərbi əməliyyatları dayandırdan sonra Əsəd və İran ordusu bir sıra uğursuzluqlarla üzləşdi. Müxalif ordu Hələbdəki strateji mövqeləri nəzarətə götürdü. Rusiya bu manevr ilə sübutbetməyə çalışır ki, o, Suriyada əsas qücə sahibdir. İkinci insident odur ki, Rusiyanın Hələblə bağlı bəzi addımları İranı qane etmir. Rusiya İran qoşunlarını və Hizbullah dəstələrini Şəqri Hələbi tərk edən yük maşınlarına hücum etməkdə günahlandırır. İran tələb edir ki, Rusiya mütləq onun irəli sürdüyü şərtləri nəzərə alsın. Şərtlərdə İdlibdə şiələrin məskunlaşdığı Fua və Qafarya şəhərləri əsas yer tutur. Bu iki şəhər hökumət nəzarəti altında olmasına baxmayaraq, müxalif qoşunlar tərəfindən mühasirəyə alınıb. İran bildirir ki, şiələrin bu iki şəhəri tərk etməsi üçün təhlükəsiz dəhliz qurulması qarşılığında, Şərqi Hələbi tərk edən yük maşınlarına toxunmayacaq.
Üçüncü insident isə Rusiyanın Çeçenistan hərbi briqadasını Suriyada yerləşdirməsidir. İran rəsmiləri düşünür ki, Rusiyanın bu addımı onun İrandan asıllığını azaldır və Suriyada nəzarəti daha da gücləndirir. Burda başqa maraqlı məqam isə, Hələbdə Çeçenistan Briqadasının əsgərləri sünnilərdir. Rusiya bu siyasət ilə sunni-şiə qarşıdurmasını azaltmağa çalışdığını göstərir.
Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp İŞİD-ə qarşı müharibədə Əsədi dəstəkləmisinə baxmayaraq, bölgədə İranın güclənməsini qəbul etmir. İran rəsmiləri narahat olur ki, Tramp Rusiya-Türkiyə yaxınlaşmasına qarışmaqla Suriyada Rusiya-İran mütəffiqliyinə zərbə vura bilər.
Rusiya və İran Suriya məsələsində eyni mövqe tuturlar, amma bəzi strateji maraqlarda razılağa gələ bilmirlər. Əsəd hökümətinin danışıqlarda görünməməsi Tehranı narahat edir. Rusiyanı isə Əsədin hakimiyyətdə qalmasından daha çox Suriyada təsirinin itirilməsi narahat edir. Rusiya Suriyada maraqlarını qorumaq üçün digər beynəlxalq güclər ilə Əsədin sakitcə hakimiyyətdən kənarlaşdırılmasına razı ola da bilər. Hələb döyüşündən sonra Əsəd höküməti və müxalif qüvvələr danışıqlara başlamağa qərar verdilər. İki tərəf arasındakı danışıqları Rsuiya təşkil edir. Danışıqlarda İranın iştirak etməməsi onun Suriya münaqişəsində aparıcı rola hələ sahib olmadığını göstərir. (Tərcümə: Yunis Abdullayev)