vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 10 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AKTUAL  
«Xocalıda soyqırımı olub!!!» 23:47 | 8 yanvar 2017 | Bazar Məqaləyə 1382 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xocalıda soyqırımı olub!!!»

Məşhur erməni yazıçısı: «Njdey əclafları bizim xalqımızın adına qara ləkə vurdular»

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur erməni yazıçısı və ictimai xadim Anna Payatyan Xocalı soyqırımını açıq ittiham etmiş ermənilərin sırasına qoşulub. Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, o bu barədə öz Facebook səhifəsində yazıb.

«Kimlər ki Njdeylədir, onlar Allaha qarşıdır, kimlər ki Serj Sərkisyanladır - onlar İblisə işləyirlər. Kim düşünürsə ki, azərbaycanlılara münasibətdə bədheybət və qatil olmaq lazımdır və bunu vətənpərvərlik və ermənilərə sevgi kimi təqdim etmək olar, onları istintaqsız və məhkəməsiz güllələmək lazımdır», - deyə Payatyan yazıb.

«Xocalıda soyqırımı olub!!! Və bunun üçün quldurlar cavab verməlidir - Njde tərəfdarları. Onlar əsgər deyillər, cinayətkar və qatildirlər. Levon Ter-Petrosyan, Vazgen Sərkisyan, Robert Köçəryan, Serj Sərkisyan, Arabo qrupu... Onların hamısı uşaqların və qadınların qatilləridir!» – yazıçının bəyanatında vurğulanıb.

Anna Payatyan Xocalı soyqırımı haqqında Serj Sarkisyanın abırsız bəyanatını da xatırladıb.

«Serj Sərkisyanın hədsiz sırtıq və abırsız bəyanatını Sizə və dünyaya təqdim edirəm: «Biz erməninin uşaqları doğraya bilmədiyi haqda stereotipi sındırdıq». Əclaf!!! Mən onların həyatda olanda və ölümlərindən sonra mühakimə olunmalarını tələb edirəm, onları bəşəriyyətə və xalqa qarşı törətdikləri cinayətlərə görə mühakimə etmək lazımdır. Dövlət Təhlükəsizliyi Komitəsindən olan bu njdey əclafları bizim xalqımızın adına qara ləkə vurdular!!!», - deyə erməni yazıçısı hiddətlə bildirib.