
Hakim partiyada parçalanma
Ukraynaya əsgər göndərmək ideyası Almaniyanı iki yerə böldü
Ukraynaya əsgər göndərmək ideyası Almaniyanı iki yerə böldü
Rusiyadan Makrona sərt cavab
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
Trampın təminatı Ukraynada uzlaşma prosesini sürətləndirir
ABŞ Rusiya neftindən qazananları fürsətçilikdə günahlandırır
Makron Putinin səmimiyyətinə inanmır
Tramp: “Qarşıdakı həftələrdə bunu anlayacağıq”
Vitkoff: “Sülh sazişinə necə nail ola biləcəyimiz barədə irəliləyiş əldə etdik”
Ukrayna zəmanət qarşılığında ABŞ-dan silah alacaq
Ukrayna bir çox ərazini geri qaytarıb, yanacaq-nasos stansiyasını vurub
Rusiyanın İranla birlikdə Azərbaycana qarşı hibrid savaşı
“Könüllülər koalisiyası”na sədr seçiləcək şəxs bəlli oldu
Putinin təyyarəsinə yanacaq doldurmaq üçün nağd ödəniş edilib
Moskva Bakı-Kiyev əməkdaşlığından narahatdır
“Sülh üçün təzyiq, qurban üzərinə deyil, hücum edən tərəfə edilməlidir”
Avropa liderlərinin mövqeyi Trampı təzyiq altında saxlayır
İlkin olaraq Kremlin daxildəki hakimiyyətini qorumaq üçün yaradılmış Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiyanın xarici əməliyyatlarında get-gedə daha çox iştirak edir. Gizli polislərin kəşfiyyat işinin ənənələrindən çox da xəbəri olmayan, Putinin himayəsinə sığınan yeni nəsli Rusiya kəşfiyyatının təbiətini kökündən dəyişib.
FSB-nin ABŞ-da Hillari Klintonun seçki kampaniyasına mane olmaq üçün məlumat sızdırdığı, Avropada ekstremist partiyaları dəstəklədiyi, Baltik ölkələrində rusdilli əhali arasında narazılıq toxumu səpdiyi, guya çeçen müxalifətinin liderləri olan şəxsləri Türkiyə və Avstriyada qətlə yetirdiyi, mütəmadi dezinformasiya yaydığı və hətta 2014-cü ildə sərhəddə Estoniyanın təhlükəsizlik əməkdaşını oğurladığı bəllidir. Buzzfeed saytının yanvarın 10-da dərc etdiyi məşhur dosyeyə görə, FSB həm də Trampa qarşı kompromat toplayaraq onu Putinin marionetkasına çevirməyə çalışır.
FSB necə yarandı?
FSB-nin Rusiyanın hazırkı həyatında mərkəzi rol oynamasının səbəbi onun digər agentliklərdən daha böyük texniki imkanlara malik olması deyil. Bu, daha çox onun Rusiyanın digər təhlükəsizlik xidmətlərinin qoyduğu məhdudiyyətlərə sayqı göstərməməsi ilə bağlıdır. Başqa sözlə, FSB digərlərinin də görmək istədiyi, ancaq riskli, siyasi cəhətdən təhlükəli saydığı, yaxud da cavabsız qalmayacağını düşündüyü üçün görmədiyi işləri görür.
Rusiyanın keçmiş prezidenti Boris Yeltsin dəyişdirilməsi mümkün görünməyən KQB-ni buraxaraq yenidən yaratmaq çağırışlarna məhəl qoymadı. Əvəzində, 1991-ci ildən sonra o, KQB-ni böldü. KQB-nin casusluq fəaliyyətinə cavabdeh olan birinci direktoratının əsasında Xarici Kəşfiyyat Xidməti (SVR) yaradıldı. Daxili təhlükəsizliyə cavabdeh olan əksər şöbələrsə əvvəlcə təhlükəsizlik nazirliyinin çətiri altında birləşdirildi. 1995-ci ildə isə onların əsasında Federal Əkskəşfiyyat Xidməti (FSB) yaradıldı.
1998-ci ildə qurum tarixində ilk dəfə az tanınan keçmiş KQB zabiti tərəfindən idarə olunmağa başladı. Bu, Vladimir Putin idi. Qarşıdakı illər ərzində FSB onun ən güclü müttəfiqlərindən biri olacaq, rəqiblərini sıradan çıxaracaq, tabeliyində olanlara nəzarət edəcək, xalqın arasında müşahidə olunan hər hansı narazılığı yatıracaqdı. Əvəzində isə Putin FSB-ni himayə edəcək, ona əlavə səlahiyyətlər verəcək, sıralarındakı korrupsiyaya göz yumacaq, onun zabitlərinə yüksək vəzifələr verəcəkdi: regional qubernatorlardan tutmuş, özünün təhlükəsizlik şurasının rəhbərinə qədər.
Avtoritar dövlətin gizli polisi olmaq daha çox hədə-qorxu gəlmək, şantaj etmək, korrupsiyaya cəlb etmək və qətlə yetirmək deməkdir. Bundan başqa, Putinin himayəsində olduqları müddətdə bu əməlləri rahatlıqla törədə, cəzalandırılmayacaqlarına əmin ola bilərlər.
FSB hiss etdi ki, Putin istəyir ki, casusları ona eşitmək istədiklərini desinlər.
FSB-nin Qərb siyasətinə müdaxiləsi narahatlıq doğuracaq dərəcədə təsirli görünür. Ancaq bu müdaxilə həm də Qərbin güclü reaksiyasına səbəb olur. Hazırda bu, okeanın hər iki sahilində ən çox müzakirə olunan məsələlərdəndir. Artıq alman və fransız təhlükəsizlik xidmətləri Moskvanın seçkilərə müdaxilə etməyə çalışacağına dair xəbərdarlıq ediblər.
Ancaq uzunmüddətli perspektivdə FSB Qərbə olduğu kimi, Putinin özünə də təhlükə yarada bilər.