Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
14:34 | 1 fevral 2017 | Çərşənbə
Məqaləyə 1391 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Bəzən sadə statistik rəqəmlər ölkənin haradan gəlib haraya getdiyi haqda daha dolğun təsəvvür yaradır, sabiq Sovet məkanı üzrə amerikalı ekspert Pol Qobl (Paul Goble) yazır. Belə ki, bu rəqəmlər ölkə əhalisinin özü və dünya arenasındakı rolu haqda baxışlarına aydınlıq gətirir.
Yenicə üzə çıxan statistik rəqəmlər bunlardır:
1. Sovet İttifaqı II Dünya Müharibəsində 28 milyon deyil, 50 milyon adam itirib.
2. Çar dövründən bəri ilk dəfədir ki, rusların maaşı çinlilərinkindən azdır.
3. Rusiyada əhali artımının 90 faizi mühacirlərin payına düşür.
P.Qobl rəqəmlərə baxaraq tələsik nəticələr çıxarmamağı tövsiyə edir. «Bütün statistikalarda olduğu kimi situasiya burada da ilk baxışda göründüyü kimi sadə deyil,» o yazır.
Nüremberq ədalət məhkəməsinin 70-ci ildönümü münasibətilə düzənlənən tədbirdə çıxış edən sabiq prokuror müavini Aleksandr Zvyaqintsev deyib ki, II Dünya Müharibəsində həlak olanların sayının hesablanmasına fərqli yanaşmaq lazımdır. Onun sözlərinə görə, indiyədək ölənlərin sırasına sonradan aldığı yaralar nəticəsində vəfat edən və potensial valideynlərini itirdiklərinə görə doğulmayanlar daxil deyil. Bu rəqəmlər nəzərə alınarsa, toplam rəqəm bir çox Avropa ölkələri əhalilərinin sayını ötmüş olur.
Təkcə müharibənin ilk 6 ayını əhatə edən Barbarossa əməliyyatında Nasist Almaniyası beş milyona yaxın sovet əsgəri öldürmüşdü.
«Bu, ölkəmizin faşizm üzərində qələbə üçün ödədyi bədəldir», - Zvyaqintsev bəyan edib. Lakin, onun sözlərinə görə bir çox Avropa ölkələrində insanlar sovetlərin və rusların verdiyi qurbanları düzgün qiymətləndirmirlər. Qələbənin ruslardan oğurlandığını iddia edən Zvyaqintsev bu yaxınlarda keçirilən sorğuda avropalıların yalnız 12 faizinin faşizm üzərində qələbədə SSRİ-nin başlıca rol oynadığına inandıqlarını bildirib.
Qoblun sözlərinə görə, bir tərəfdən müharibədə ölənlərin sayını artırmaqla Zvyaqintsev yeni bir şey kəşf etmir. Ancaq digər tərəfdən rusların «Böyük Vətən Müharibəsi» adlandırdıqları mücadilədə veridkləri qurbanların sayına rəğmən Qərbin bunu yetərinə dəyərləndirməməsi haqda hisslər güclənir.
Çinin dünya istehsal bazarında lider mövqeyə çıxması ölkə sakinlərinin gəlirlərində ciddi artımla müşayiət olunur.
Renessans Kapital təşkilatı bu yaxınlarda müəyyən edib ki, ilk dəfə olaraq Rusiyada dollar ekvivalentli maaşın həcmi Çində verilən orta maaş səviyyəsindən aşağı düşüb. 2001-ci ildən bəri rusların əmək haqqı 30 faiz azaldığı halda eyni periodda Çində maaşlar qalxıb.
Rusların hazırda orta aylıq əmək haqqı $558 ABŞ dolları təşkil etdiyi halda Çində əməkçilər $740 dollar qazanırlar. Qobl əlavə edir ki, ruslar maaş səviyyəsinə görə onsuz da qonşu Çex Respublikası, Macarıstan və Polşadan geridə qalırlar. Və onlar artıq çoxdan özlərini Qərbi Avropa ilə müqayisə etmirlər. Amma Çinin rusları maaş səviyyəsində ötməsi yeni bir mərhələnin startına işarə edir ki, bu da Vladimir Putinin iqtisadi siyasəti haqda yaxşı heç nə demir.
Rusiya polisi miqrasiya qanunlarını pozan mühacir əməkçilərə qarşı mütəmadi reydlər keçirir.
Nəhayət üçüncü amil olaraq, Rosstatın statistikasına əsasən mühacirlər Rusiyada əhali artımının 91.5 faizinə görə məsuliyyət daşıyırlar. «Onlarsız Rusiyada əhali artımı demək olar ki, baş verməz,» amerikalı təhlilçi yazır: «Əlbəttə, burada yeni bir şey yoxdur. Rusiyada doğum səviyyəsi aşağı, ölüm səviyyəsi isə yuxarıdır. İmmiqrasiya olmadan ölkə əhalisi ən yaxşı halda stabil qalar, yaxud da azalma qeydə alınar».
Lakin rusların mühacirlərə mənfi münasibətləri nəzərə alınsa, hazırkı hal Rusiyanı çətin duruma salır. «Əgər Moskva daha çox mühacir gəlişinə icazə versə, ölkə əhalisi ilə bərabər sosial gərginlik də artacaq. Lakin mühacirət məhdudlaşdırılsa, onda əhali və əmək qüvvəsi azalacaq. Bu isə iqtisadi artım perspektivlərini daha da zəiflədəcək», - Pol Qobl düşüncələrini yekunlaşdırır.