Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:42 | 1 fevral 2017 | Çərşənbə
Məqaləyə 1969 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iki əməkdaşı və «Kasperski» Laboratoriyasının sabiq menecerinə qarşı ABŞ-ın xeyrinə casusluqda ittiham irəli sürülüb, həbs edilənlərdən birinin vəkili «İnterfaks»a bildirib.
«Komanda 29» birliyin (Rusiyada dövlətin artmaqda olan qapalılığı əleyhinə müqaviməti öz fəaliyyət məqsədi seçən qeyri-formal hüquqşünas və jurnalistlər birliyi) rəhbəri İvan Pavlov təsdiq edib ki, söhbət Rusiya FTX İnformasiya Təhlükəsizliyi Mərkəzinin rəhbəri Sergey Mixaylov və onun tabeliyində çalışan Dmitri Dokuçayev, eləcə də «Kasperski» Laboratoriyası kompüter insidentlərinin araşdırılması şöbəsinin sabiq rəhbəri Ruslan Stoyanovdan gedir.
«Başqalarını deyə bilmərəm, amma mən müdafiə etdiyim şəxs ittihamı rədd edir», - deyən Pavlov, kimin maraqlarını təmsil etdiyini dəqiqləşdirməyib.
Daha əvvəl KİV-lər 2016-cı il dekabr ayında dövlətə xəyanət ittihamı ilə iki nəfər FTX əməkdaşı və bir nəfər «Kasperski» Laboratoriyası menecerinin həbs edildiyini bildirmişdilər. Lakin bu məlumatların rəsmi təsdiqi olmayıb.
Bazar ertəsi kompüter informasiyasına qanunsuz müdaxilə ittihamı ilə jurnalist Vladimir Anikeyevin həbs edildiyi təsdiqlənib.
«İnterfaks» agentliyinin mənbələrinə görə, Anikeyevin həbs işi yüksək vəzifəli Rusiya məmurları və tanınmış biznesmenlərin şəxsi internet hesablarının sındırılması ilə bağlıdır və Anikeyev, Mixaylov, Dokuçayev və Stoyanovun həbsləri bir-biri ilə bağlıdır.
Həmçinin Anikeyevin «Anonim İnternasional» («Şaltay-Boltay») haker qrupuna aidiyyətinin mümkünlüyü bildirilir.