
Mərkəzi Asiyada riyaziyyat yarışları niyə artır?
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
Şolzun Səmərqənd səfərinə sözardı
Səmərqənddən Qran-pri gətirmiş “Simurq” üzvlərinin təəssüratı
“Şərq təranələri”nin Qran-prisi üçüncü dəfə Azərbaycana qismət oldu
Aktual, düşündürücü, vacib mövzular ...
Özbək teatrının Bakıda nümayiş olunan “Qayınana”sı maraqla qarşılandı
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
Mirzoyoyev baş qərargah rəisini Qaraqalpaqıstana görə işdən çıxarıb?
Vaşinqton Qaraqalpaqıstan ölümlərinin müstəqil qaydada araşdırılmasını istəyir
Mərkəzi Asiyada vəziyyət yenidən qarışır
Özbəkistana qarşı təzyiq imkanları arasında praktiki baxımından iki rıçaq daha əlverişli görünür
Orta Asiya kimlər tərəfindən və niyə qarışdırılır?
Putin: “KTMT oyuncaq bir qurumdur, ondan ikiəlli yapışmayacağıq”
Özbəkistan separatizmdən qorunmaq istəyir
Özbəkistan görüşünün detalları ...
Yaxud nüvəsində TURAN ideologiyası dayanan vahid güc mərkəzi
Keçən ilin sentyabrında diktator İslam Kərimovun ölümündən sonra bu yaxınlarda Özbəkistan prezidenti olmuş Şavkat Mirziyoyev qəribə bir sərəncam verib. Strateq.az Avropa nəşrinə isnadən bildirir ki, sərəncama əsasən, bütün ölkə üzrə kənd yerində hər bir ailə indi 100-dən az olmayaraq toyuq sahibi olmalıdır.
Mirziyoyev qeyd edib ki, 100 toyuq hər gün ən azı, 50 yumurta verəcək. Ailə bunun onunu yeməli, 40-ı isə satmalıdır. «Onda bizdə yoxsul ailə olmayacaq», – deyə Mirziyoyev ölkənin ən yoxsul rayonunda çıxış edərkən bildirib.
Bundan başqa, o dəqiqləşdirib: «Biz adamları bu kursu təqib etməyə inandıra bilsək, onda hər kəs uzun bir ömür yaşayacaq».
Onun əmri hələlik buna səbəb olub ki, «Radio Free Europe/Radio Liberty»nin videosundan göründüyü kimi, şəbəkə portalları onu lağa qoyur.
Çoxsaylı tənqidçilərin sözlərinə görə, Mirziyoyevin sələfi İslam Kərimov qəddar diktator idi. Özbəkistan «Economist Intelligence Unit» analitik mərkəzinin demokratiya indeksində uzun illər boyu ən aşağı sətirləri tutub. Son zamanlar bu siyahıda ən aşağı yerdə Şimali Koreya durur, Özbəkistan isə 167 ölkənin bu siyahısında aşağıdan onuncu yeri tutur.