
Mərkəzi Asiyada riyaziyyat yarışları niyə artır?
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
Şolzun Səmərqənd səfərinə sözardı
Səmərqənddən Qran-pri gətirmiş “Simurq” üzvlərinin təəssüratı
“Şərq təranələri”nin Qran-prisi üçüncü dəfə Azərbaycana qismət oldu
Aktual, düşündürücü, vacib mövzular ...
Özbək teatrının Bakıda nümayiş olunan “Qayınana”sı maraqla qarşılandı
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
Mirzoyoyev baş qərargah rəisini Qaraqalpaqıstana görə işdən çıxarıb?
Vaşinqton Qaraqalpaqıstan ölümlərinin müstəqil qaydada araşdırılmasını istəyir
Mərkəzi Asiyada vəziyyət yenidən qarışır
Özbəkistana qarşı təzyiq imkanları arasında praktiki baxımından iki rıçaq daha əlverişli görünür
Orta Asiya kimlər tərəfindən və niyə qarışdırılır?
Putin: “KTMT oyuncaq bir qurumdur, ondan ikiəlli yapışmayacağıq”
Özbəkistan separatizmdən qorunmaq istəyir
Özbəkistan görüşünün detalları ...
Yaxud nüvəsində TURAN ideologiyası dayanan vahid güc mərkəzi
İsveçrənin «Lombard Odier» bankı Özbəkistandan göndərilən çirkli pulların yuyulmasında şübhəli bilinir. İsveçrənin Federal prokurorluğu faktla bağlı cinayət işi açıldığını bəyan edib. Söhbət keçmiş Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya məxsus pullardan gedir. Hələlik neçə nəfərin bu əməliyyata cəlb olunduğu bəlli deyil. İsveçrə prokurorluğu bu cinayət işi barədə rəsmi qaydada fevralın 23-də açıqlama verib.
«Reuters» agentliyinin məlumatına görə, Cenevrədə yerləşən «Lombard Odier» bankı 1796-cı ildə yaradılıb. Bank rəhbərliyi 2012-ci ildə banka qanunsuz pul köçürülməsindən şübhələndiyinə görə, pulyuma əməliyyatlarını araşdıran xüsusi orqanlara müraciət edib və bir neçə ildir ki, araşdırma aparılır.
«Reuters» yazır ki, bankın mətbuat xidməti Özbəkistandan qanunsuz pul köçürülməsi ilə bağlı bir neçə ildir ki, istintaq aparılmasını təsdiqləyib və bankın hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdiyini bildirib.
Qeyd edək ki, İsveçrənin Baş Prokurorluğu eyni məsələ ilə bağlı 2013-cü ildən Gülnarə Kərimovaya qarşı cinayət işi açıb. ABŞ-ın «Wall Street Journal» qəzetinin yazdığına görə, İsveçrə prokurorluğunun əməkdaşları 2016-cı il dekabrın 9-10-da hakimiyyətin təyin etdiyi vəkil Qrequar Manjeanın (Grégoire Mangeat) iştirakı ilə Kərimovanı sorğu-sual edib. Daşkəntdə keçirilən proses ümumilikdə 23 saat sürüb. İsveçrə 2012-ci ilin yayında Gülnarə Kərimovaya məxsus 800 milyon dollarlıq bank hesablarını dondurduqdan sonra bu, prokurorluq əməkdaşlarının onunla ilk görüşüdür. Hələ atasının prezidentliyi dövründən ev dustağı olan Gülnarə Kərimova hazırda eyni şəraitdə saxlanır.