Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
20:01 | 31 mart 2017 | Cümə
Məqaləyə 1483 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Ötən həftəsonu Rusiyanın 100-dək şəhərində antikorrupsiya etirazları keçirildi. Kreml bu etirazların miqyasına və gözlənilməzliyinə hazır deyildi. Amma deyəsən, hətta etirazların təşkilatçılarına belə daha çox gənclərin küçəyə çıxması təəccübləndirdi.
«The New York Times» qəzeti yazır ki, yeniyetmə çağlarında, yaxud 20 yaşlarında olanlar, çoxu 17 illik Vladimir Putin idarəçiliyindən savayı bir şey görməyənlər bu etirazların ən yaddaqalan sifəti idi.
«Onların …hakimiyyətə meydan oxuyan entuziazmının qısamüddətli olacağı, yaxud yeni bir eraya yol açacağı aydın deyil. Heç bu qəzəbin Putinin populyarlığına təsir göstərəcəyi də bilinmir. Amma bazar günü etirazlarına reaksiyanın sərtliyi Putin iyerarxiyasının işi şansa buraxmadığını üzə çıxardı», – məqalədə deyilir.
Rusiyalı jurnalist, illərdir ölkədə gənclər mədəniyyətini araşdıran Artyom Troitski deyir ki, Moskvadakı etirazlara bu qədər gəncin çıxması özəlliklə vacibdir. Çünki gənclər həmişə dəyişikliyin katalizatoru olublar və onların varlığı son illər sərgilədikləri siyasi həvəssizliyin geridə qaldığını ortaya qoyur.
Korrupsiyaya qarşı etirazların təşkilatçısı Aleksey Navalnı 15 sutkalığa həbs olunub.Navalnı Rusiyada donmuş siyasi üfüqlərin buzunu aça bildi və postputin erasının da nə vaxtsa gələcəyini, bunun mümkünlüyünü üzə çıxardı. London Kral Kollecinin Rusiyada etiraz hərəkatları üzrə eksperti Samuel Grin belə düşünür. «Adamlar buzun nazikliyinə əmin olandan sonra onun qalınlığının əhəmiyyəti qalmır və bundan sonra hər şey sürətlə dəyişə bilər», – o, sözlərinə əlavə edir.
«YouTube» sosial şəbəkəsində baş nazir Dmitri A.Medvedevin yol verdiyi iddia olunan korrupsiyadan söz açan videoya 13 milyondan çox adam baxıb. Elə etirazlara səbəb də Navalnının korrupsiya araşdırmasını hakimiyyətin gözardı etməsi olub.
Müəlliflər yada salırlar ki, Kreml nə vaxtsa gənc rusiyalıların enerjisini məharətlə müxalif cəbhədən uzaqlaşdırır, «Bizimkilər» (Naşi) və digər putinpərəst gənclik hərəkatlarına yönəldirdi. Vaxtilə prezidentin daxili siyasət müşaviri işləmiş Aleksey Çesnakov deyir ki, son illər hökumət bu dəstəyi geri çəkib. Artıq hakimiyyət əks-etirazlar keçirə, gəncləri məşğul edə bilmir. «İndi hökumət polisdən tələb edir ki, administrativ metodlarla müxalifətin xətti keçməsinə imkan verməsin», – o vurğulayır.
Amma məqalədə o da qeyd olunur ki, paytaxtdakı dinamikaya baxmayaraq, rusiyalıların çoxu Putini dəstəkləyirlər. «Levada» Mərkəzinin fevralda keçirdiyi rəy sorğusunda respondentlərin 84 faizi prezident kimi Putinin işindən razı olduğunu deyib. 2015-ci ildə bu cavabı verənlər 86 faiz idi.
Moskvada daha öncəki etirazlardan sonra Kreml, əsasən, şəhərdə yaşam keyfiyyəti məsələlərinə fokuslanırdı. Hətta hökumətyönlü təhlilçilər belə bunun yanlış olduğunu deyir, narazılığı yatırmayacağını bildirirdilər.
«Orta sinif və gənclər xoşbəxt deyillər. Onları səkilər və parklar narahat etmir. Səkilər və parkların olması yaxşıdır, amma camaat istəyir ki, hökumət onlara qulaq assın. Orta sinif heç də ona heç nə çatmadığından narazı deyil, istədiyi başqa şeydir. Hökumət soruşur ki, «səkinin genişləndirilməsini istəyirsiz?». Onlarsa «daha şəffaf hökumət istəyirik» cavabını verirlər», – təhlilçi Çesnakov söyləyir.