Rusiyada Orucova 16 il cəza
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
21:06 | 4 aprel 2017 | Çərşənbə axşamı
Məqaləyə 1508 dəfə baxılıb
Şriftin ölçüsü
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
PUA zərbələri güclü yanğına səbəb oldu
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya xüsusi xidmət orqanları üzrə tanınmış mütəxəssis, Nyu-York universitetinin Beynəlxalq münasibətlər mərkəzinin professoru Mark Qaleotti Rusiya mətbuatına verdiyi müsahibədə Sankt-Peterburqda baş verən son terror hadisəsini dəyərləndirib.
Qaleotti terrorun baş vermə səbəbləri, çıxarılacaq dərslər və Rusiyadakı insidentin Avropadakından fərqləri barədə maraqlı fikirlər söyləyib.
Mark Qaleotti bütün terror aktlarında olduğu kimi, ilk olaraq konspiroloji nəzəriyyələrin ortaya çıxdığını bildirir.
«Gah bunu Navalnının müttəfiqlərinin, gah da Rusiya hakimiyyətinin Ukraynadakı hərəkətlərinə haqq qazandırmaq üçün törətdiyi deyilir. Lakin bunun üçün heç bir əsas yoxdur.
Mənim fikrimcə, partlayışlar Rusiyada bu vaxta qədər aşağı səviyyədə qalan cihad təhdidinin nəticəsində meydana gəlib», - ekspert qeyd edib.
Qaleotti Sankt-Peterburqdakı teraktın Avropada törədilən aksiyalardan bir sıra fərqlərin olduğunu dilə gətirib:
«Sankt-Peterburqda partlayıcı qurğudan istifadə olunub. Avropada isə terrorçular bir qayda olaraq ya avtomobildən, ya da odlu silahlardan istifadə edirlər. Rusiyada Şimali Qafqazda hazırda teraktların sayı gündən-günə artır. Lakin bu bölgənin ənənələri intihar hücumlarına imkan vermir. Burada terrorçular hücum edir və hadisə yerindən uzaqlaşırlar.
Lakin bunlar fundamental deyil, taktiki fərqlərdir. Nəticə etibarilə terrorçular konkret anlarda əllərində olan imkanlardan maksimum istifadə etməyə cəhd edirlər.
Əgər onların kifayət qədər bilikləri və materialları varsa, bomba hazırlayacaqlar, silah yoxdursa, yük maşınını işə salacaqlar. Amma əsas prinsip, yəni kütləvi qırğın törətmək niyyəti, eynilə olduğu kimi qalır».
Jurnalistlər Sankt-Peterburq insidentindən sonra hər kəsin ilk öncə Suriya faktorunu gözünün önünə gətirdiyini bildirib
- Rusiyanın Suriyadakı əməliyyatları bu cür aktlara səbəbiyyət verə bilərmi?
-Qısamüddətli zaman perspektivində Suriya əməliyyatı hətta Rusiyaya kömək belə etdi. Bizə məlumdur ki, Şimali Qafqazdan olan bir çox silahlılar İŞİD-ə qatılmaq üçün Suriya və İraqa hərəkət ediblər. Bunun nəticəsində terrorçuların Rusiyadakı gizli quruluşları yer altına çəkilmişdi.
Lakin Rusiyanın faktiki qələbə qazandığı Suriya savaşı Sankt-Peterburqdakı partlayışların əsas baş vermə səbəbi sayılmamalııdır. Çünki cihadçıların ideologiyasında Moskva istənilən halda böyük düşmən sayılır.
Bu gün Rusiyanın əsas problemi həmin terrorçuların vətənlərinə geri dönmə perspektividir. Hazırda Suriya və İraq «cihadında» savaşan və Rusiya pasportu daşıyan 4-5 min civarında silahlı şəxs mövcuddur. Orada savaş bitdikcə həmin adamların geri dönmə prosesi sürətlənir. Yəni Rusiya vətəndaşlarının daha da radikallaşmış və vəhşiləşmiş gənc bir nəsli evlərinə geri qayıdırlar.
- Ukrayna aspekti barədə nə düşünürsüz? Sizcə, Donbas izindən danışmaq olarmı?
- Bir sıra səbəblərdən mən bu variantı az ehtimal hesab edirəm. Əlbəttə, hansısa başı xarab Ukrayna millətçisi «zalım Rusiya»nı cəzalandırmaq fikrinə düşə bilər və ya Donbas radikallarının Rusiyanı Ukraynaya qarşı qızışdırmaq məqsədilə belə bir hərəkətə əl atması da mümkündür.
Lakin bütün bunlar mənə sui-qəsd nəzəriyyələrinin fantaziyalarından başqa bir şey kim gəlmir.
Birincisi, Ukrayna xüsusi xidmət orqanlarına Rusiya agenturasının sızma dərəcəsi olduqca yüksəkdir. Yəni bu tip əməliyyatın müvəffəqiyyətlə başa çatdırılması şansı olduqca aşağıdır. İkincisi, Donbas radikalları heç kimin diqqətini çəkmədən bombanı Sankt-Peterburqa gətirəcək dərəcədə peşəkar deyillər. Buna heç kim inanmaz.