Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:22 | 28 aprel 2017 | Cümə
Məqaləyə 1927 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya «Qərb-2017» irimiqyaslı hərbi təlimlərinin keçirilməsi adı altında Belarusa yeritməyə hazırlaşdığı qoşun qruplaşmalarını geri çıxarmayacaq. Bunu Estoniyanın müdafiə naziri Marqus Tsaxkna «Reuters»ə müsahibəsində bildirib. Virtualaz.org xəbər verir ki, nazir kəşfiyyat məlumatlarına əsaslandıqlarını, o cümlədən NATO-dan müvafiq kəşfiyyat məlumatı aldıqlarını deyib.
Onun sözlərinə görə Estoniya və digər NATO ölkələrinin kəşfiyyat məlumatlarına əsasən Rusiya qoşunları təlimlərin keçirilməsindən sonra Belarus ərazisində qalacaqlar. Rusiya Müdafiə Nazirliyi silahların və qoşun hissələrinin Belarusa daşınması üçün 4 min dəmiryol vaqonu sifariş verib. «Belarusa göndərilən Rusiya qoşunları üçün bu, birtərəfli biletdir», - Estoniya müdafiə naziri Maltada Aİ ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra verdiyi açıqlamada deyib.
«Qərb-2017» irimiqyaslı hərbi təlimləri bu ilin sentyabrında keçiriləcək. Rusiya Müdafiə Nazirliyi təlimlərin keçirilməsinə ötən ildən hazırlıq görür. Bundan əvvəl Belarusla Rusiya arasında təlimlərlə bağlı anlaşılmazlıqların olduğu haqda xəbərlər var idi. Gözlənilir ki, təlimlərə Rusiyadan on minlərlə hərbçi, minlərlə texnika qatılacaq.
«Bu, mənim şəxsi mövqeyim deyil. Bütün Estoniya rəhbərliyinin narahatlığıdır ki, Rusiya qoşunları təlimlərin başa çatdırılmasından sonra Belarus ərazisində qalacaq», - estoniyalı nazir deyib. Belə olan halda Rusiya qoşunları Polşa, Latviya və Litva ilə sərhəddə yerləşdirilmiş olacaq. Nəticədə Baltik ölkələrinə və Şərqi Avropaya qarşı Kalininqradda cəmləşdirilmiş güclü qoşun qruplaşmasından əlavə ikinci zərbə qruplaşması da formalaşacaq. Hesab edilir ki, Rusiya NATO ölkələrinin Baltik regionunda tank batalyonları yerləşdirməsinə cavab olaraq Belarus ərazisində daimi hərbi baza yaradacaq.
Rusiya müdafiə naziri Sergey Şoyqunun bildirdiyinə görə, «Qərb-2017» hərbi təlimləri rus ordusunun bu il üçün «ən başlıca tədbiri» olacaq. Təlimlərlə bağlı Rusiya NATO-ya informasiya təqdim etmir. Kreml təlimlərə qatılacaq hərbçilərin sayını da açıqlamır. Bununla belə NATO təlimlərdə 100 mindən çox hərbçinin iştirakını təxmin edir.