Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
13:26 | 9 may 2017 | Çərşənbə axşamı
Məqaləyə 2063 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Azərbaycanın qurudakı 16 neft yatağının sahibi, inquş əsilli rusiyalı milyarder Mixail Qutseriyev vaxtilə qaçdığı Londondan Rusiyaya geri döndüyü 2010-cu ildə başına gələn əhvalatı danışıb. Virtualaz.org xəbər verir ki, milyarder «Bloomberg»ə müsahibəsində həmin il Londondan qayıdan kimi dincəlmək üçün sevimli kurortu Kislovodska getdiyini deyib.
Qutseriyevin dediyinə görə, bir gün Kislovodskda küçə ilə gedərkən skripka çalıb yol keçənlərdən qəpik-quruş qazanan qızı görüb. Özü də skripka həvəskarı olan milyarder deyir ki, qızın ifası onda «rəqib instinkti» yaradıb.
«Qızdan çox xahiş etdim ki, aləti mənə versin. Verdi, yerə oturub başladım skripkada ifa etməyə. Mən bərbad görkəmdə idim, əynimdə idman kostyumu, ayağımda çəkələk... Görünür buna görə yol keçənlərin mənə yazığı gəldi başladılar skripkanın çexoluna pul atmağa. Cəmi bir saata 50 dollara yaxın pul yığıldı, hansı ki, skripkaçı qız həmin pulu bütün gün ərzində güclə qazanırdı. Sonra pulları da qıza verib skripkanı qaytardım, yoluma davam etdim», - biznesmen deyib.
Xatırladaq ki, Qutseriyev 2007-ci ildə Putinin qəzəbinə tuş gəlmişdi və tələsik Rusiyadan qaçmalı olmuşdu. O, Rusiyanı tərk edəndən sonra barəsində axtarış elan olundu, oğlu Çingizxan isə Moskvada müəmmalı avtomobil qəzasında öldü. Qutseriyev oğlu ilə vidalaşmaq üçün Rusiyaya qayıda bilməzdi və cənazə Bakıya gətirildi, burada vida mərasimi oldu və dəfn olunmaq üçün İnquşetiyaya aparıldı. Qutseriyev oğlunun ölümündən sonra bir müddət Bakıda qalandan sonra Londona getmişdi. Biznesmen Londondan neft biznesini davam etdirərək, Azərbaycanda bir sıra quru neft yataqlarını almışdı.
2008-ci ildə Qutseriyevin offşor şirkəti «Global İnvestment Energu» (sonradan bu şirkət «Naftis»in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət «Mişovdağ» və «Kəlaməddin» yataqlarının operatoru «Karasu Operating Companu»nin 85, «Padar» və «Harami» yataqlarının operatoru «Kura Valley Operating Companu»nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.
Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında «Abşeron Operating Companu Limited» («Zığ» və «Hövsan» yataqlarını işləyir), «Karasu Operating Companu» («Kəlamətdin» və «Mişovdağ»), «Kura Valey Operating Companu» («Padar-Hərəmi»), «Neftçala İnvestments Limited» («Neftçala», «Xıllı», «Durovdağ-Bazanan»), «Binagadi Oil Companu» («Binəqədi», «Qırmakı», «Çaxnaqlar», «Sulutəpə», «Masazır», «Fatmayı», «Şabandağ» və «Sianşor») şirkətlərini birləşdirən «Qlobal Enerji Azərbaycan Ltd.» ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.
Qutseriyev «Bloomberg»ə onu da danışıb ki, Rusiyadan qaçmağa ona çoxdankı dostu, Belarus prezidenti Aleksandr Lukaşenko kömək edib. Biznesmenin bildirdiyinə görə, o, avtomobillə Belarus ərazisinə keçib, oradan isə təyyarə ilə Londona uçub.
«Böyük oğlumun avtomobil qəzasında ölməsindən sonra mənim qətiyyətim sındı. Başladım geri qayıtmaq üçün Kremlə kanallar yaratmağa, məmurları və keçmiş nazirləri ələ aldım, onların vasitəsilə geri qayıtmağa razılıq aldım. Həmin vaxt ərzində skripkada çalmağı və şer yazmağı öyrəndim», - biznesmen danışıb.
Agentlik qeyd edir ki, onun geri qayıtması üçün imkan 2008-ci ildə Putinin prezidentliyi daha az avtoritar Medvedyevə təhvil verməsindən sonra açılıb. 2010-cu ildə məhkəmə Qutseriyevin barəsindəki cinayət işinə xitam verib. Agentlik yazır ki, Qutseriyevin problemləri həmin vaxt həbsdə olan YUKOS prezidenti Mixail Xodorkovskinin aktivlərini almaq cəhdlərindən sonra başlamışdı...