vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9377 AZN
1 Rusiya rublu 1 RUB = 0.0257 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1803 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3178 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
HƏYATIN DİBİ  
12:39 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3579 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Diqqətlə baxın!»

Yaxud «Qul bazarı»ndan gətirilmiş «əyani vəsait»

Elbəyi HƏSƏNLİ

Olmuş hadisədir. Məşədi İbadın hambalına bənzər birisi «Qul bazarı»nda oturub müştəri gözləyirmiş. Bir dəri, bir sümük olan bu kəsə günlərlə maraq göstərən olmurmuş. Bir dəfə isə...

Son dərəcə bahalı bir maşın «Qul bazarı»nın yanında dayanır. Maşından düşən əndamlı xanım birbaşa çəlimsiz fəhlənin yanına gəlir. Deyir ki, keç maşına otur. Sənlik işim var...

Distrofiya xəstəsi sayıla biləcək fəhlə tələsik özünü maşına dürtür. Fikirləşir ki, axır ki, bəxtinə gün doğdu. Bu gün evinə pul-para apara biləcək...

Dərisinə sığmayan və yaraşıqlı qadın maşını dəbdəbəli villanın qarajına salır. Fəhləni həyətdəki hamamın yanına gətirir...

- Yaxşı-yaxşı çimirsən, qurulanırsan. Bu tumanı da əyninə geyinirsən. Sonra məni səsləyirsən.

Kişi fikirləşir ki, yəqin görəcəyi iş evin içindədir. Ev sahibi isə natəmiz hesab etdiyi birisini pak olmamış içəri buraxmaq istəmir...

Kişi bir-iki dəfə sabunlanıb qurulanır. Alt paltarı əyninə çəkir qapının böyüründən başını bir balaca çıxarıb qadını çağırır...

Bir azdan ədalı xanım hamama yaxınlaşır və amiranə səslə deyir: «Bayıra çıx görək»...

Kişi bayıra çıxanda görür ki, qadın iki uşaqla çöldə dayanıb...

Qadın sağında və solunda dayanan balaca nəvələrinə sümükləri dərisini yarıb çıxmağa hazır görünən uzundraz canlı skeleti göstərir və nəvazişli səslə deyir: «Diqqətlə baxın. Əgər siz çox yeməsəniz böyüyəndə bu gündə olacaqsız. Onda da hər kəs sizə güləcək»...

Kişiyə heyrət içində baxan oğlan uşaqları tələsik yaxınlıqda açılmış süfrəyə doğru qaçırlar. Balacalar gələcəkdə canı skeletə dönməkdən qorxduqlarına görə əllərinə keçəni ağızlarına basırdılar...

Nəql edir ki, villadan çıxanda qadın mənə 100 dollar verdi. Onu da dedi ki, canına qulluq elə ki, külək əsəndə səni yarpaq kimi qabağına qatıb havaya sovurmasın...

P.S. Bu olayla bağlı gözəl bir film də çəkmək olardı...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *