vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
13:45 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 3467 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AYB-nin məsələsi MM-də

Aydın Mirzəzadə: «Tarix sübut edir ki, ...»

İlkin İZZƏT

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Yazıçılar Birliyinin (AYB) binasının birinci mərtəbəsində fəaliyyət göstərmiş kafe məsələsi artıq bir neçə gündür ki, ictimaiyyətin diqqətindədir. Müxtəlif fikirlər səsləndirilir, uduzan isə ümumən cəmiyyətimizdir. Problemin həlli isə çox sadədir: AYB-nin illik büdəcəsinə dövlət tərəfindən ildə əlavə olaraq 100-200 min manat artıq vəsait ayrılsın. Bunu etmək dövlətimizin gücündədir.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, o, bu təklifi payız sessiyasında büdcə müzakirəsində qaldırmaq fikrindədir: «Qoy Yazıçılar Birliyi üzvlərinin ortaya çıxan bir sıra problemlərinin həllində sıxıntı keçirməsinlər. Tarix sübut edir ki, ədəbiyyata sərf edilən vəsait sonradan artıqlaması ilə xalqın mənəviyyatının zənginləşməsi ilə geri qayıdır.

Kafe yerləşmiş birinci mərtəbədəki sahəni isə hansısa bir təşkilat, məsələn, SOCAR təmir edib uşaq ədəbiyyatı mərkəzinə çevrilməsinə kömək edə bilər. Dəyərli yazıçılarımız isə onlara xas olmayan işidən azad olub bizləri özlərinin yeni əsərləri ilə sevindirə bilərlər».